
AŞPA-nın tədbirlərində
Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün martın 15-də Mərakeş Krallığının Mərakeş şəhərinə, martın 27-də isə İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfər edəcək.

MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək
Milli Məclisin deputatı Emin Hacıyev MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 20-ci iclasında iştirak etmək üçün martın 15-dən 17-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.

AŞPA-nın komitə iclaslarında
Martın 15-dən 23-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Hüquqi məsələlər və insan hüquqları, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək.
Aqrar siyasət komitəsinin iclasında
Martın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. Komitə sədri Tahir Rzayev iclasda iki sənədin – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.

Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib
Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Tədbirdə 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndə iştirak edib.
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin ictimai dinləməsi keçirilib
Martın 13-də Milli Məclisin Elm və təhsil komitəsi Elm və təhsil Nazirliyi ilə birlikdə "Ali təhsil haqqında" qanun layihəsinin ictimai dinləməsini keçirib.
_1678712648.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb
Martın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Əl-Salehlə görüşüb.
_1678643100.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak etmək üçün Bəhreyn Krallığında işgüzar səfərdədir.
_1678639862.jpeg)
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında Anlaşma Memorandumu imzalanıb
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanaraq, xatırladılıb ki, ötən il Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb.

Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında
Martın 11-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyasının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iştirak edib.

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşlər keçirib
Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də burada bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşlər keçirib.

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər
Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti martın 10-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfərə gəlib.

MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında
Martın 10-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib
Martın 9-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında onuncu iclası keçirilib.
Regional məsələlər komitəsinin iclasında
Martın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib. İclası açan komitənin sədri Siyavuş Novruzov gündəliklə bağlı məlumat verib. O, bildirib ki, gündəliyə 3 məsələ daxil edilib və onların ilk ikisi birinci oxunuşda olan qanun layihələrinin, üçüncüsü isə cari məsələlərin müzakirəsidir.

Deputatımız MDB PA-nın komissiya iclasında iştirak edəcək
Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Milli Məclisin plenar iclasında
Martın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisdə görüş
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.