
Deputatlarımız MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər
Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün sentyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Qadın əməyinin tətbiq edildiyi peşə və iş yerləri artırılacaq
Azərbaycanda Respublikasında qadınlara qarşı-ayrı seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunub. Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olmuş “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub.
Milli Məclisin Gənclər və idman komitəsinin iclasında
Sentyabrın 20-də Milli Məclisin Gənclər və idman komitəsinin 2022-ci ilin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclasda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılarımıza şəfa diləyib.
Regional məsələlər komitəsinin iclası keçirilib
Sentyabrın 20-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularlımızın xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Komitə sədri Siyavuş Novruzov bildirib ki, Vətən uğrunda gedən döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət hər bir Azərbaycan vətəndaşına bir örnəkdir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Deputatları salamlayan komitənin sədri Tahir Mirkişili sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatlarından söz açıb, döyüş toqquşmalarında şəhid düşən qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçasının vida mərasimində iştirak edib
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Londonda səfərdədir.
İctimai birliklər və dini qurumlar komitəsinin iclasında
Sentyabrın 19-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli bildirib ki, rəşadətli Azərbaycan Ordusu tərəfindən cari ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı uğurla alınıb. Lakin təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. İclas iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Milli Məclisin sədri Sahibə Qafarovanın ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamaya dair bəyanatı
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur.

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçasının vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində
Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında ilk iclasına toplaşıb.İclasın əvvəlində son günlərdə Ermənistanın sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əmək və sosial siyasət komitəsinin iclasında
Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Musa Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin növbəti təxribat törətdiyini qeyd edib. Bildirib ki, rəşadətli Azərbaycan Ordusunun hərbçiləri bu dəfə də düşmənə layiqli cavab verib, strateji yüksəklikləri azad ediblər. İclas iştirakçıları döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Rzayev əvvəlcə Ermənistanın Azərbaycana qarşı son təxribatından söz açıb. O, döyüş toqquşmalarında şəhid düşən qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.
Mədəniyyət komitəsinin iclasında
Sentyabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci il payız sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Qənirə Paşayeva son günlər sərhəddə Ermənistan tərəfindən törədilmiş təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyib.

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında
Sentyabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasın əvvəlində son günlərdə Ermənistan tərəfinin sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Bəxtiyar Əliyev bu hadisələrlə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu təcavüzkara layiqli cavab verib.

Deputatlarımız beynəlxalq tədbirdə iştirak edəcəklər
Milli Məclisin deputatları Soltan Məmmədov və Vüqar Bayramov sentyabrın 16-da Fransanın paytaxtı Parisə səfər edəcəklər. Millət vəkilləri Beynəlxalq Astronavtika Federasiyasının 73-cü Konqresi çərçivəsində keçiriləcək Federasiyaya üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclasında iştirak edəcəklər.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başayaraq, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlamışdır.

TBMM-in sədri Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sentyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Tacikistan Respublikasındakı səfirliyində olub
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb.