Avropa Parlamentinin nümayəndəsi ilə görüşdə
İyunun 10-da Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyev Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüblər.
Milli Məclisdə Avropa Parlamentinin nümayəndəsi ilə görüş
İyunun 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüb.
Milli Məclisdə diplomatiyada parlamentin rolu müzakirə olunub
İyunun 9-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü Asim Mollazadə bir qrup əcnəbi diplomatla görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Respublikasının ölkəmizdə fəaliyyət müddəti başa çatan səfiri Milan Ekert ilə görüşüb.

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında
İyunun 9-da Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında 9-cu iclası keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmidlə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
İyunun 8-də Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos ilə görüşüb. Səfiri Milli Məclisdə salamlamaqdan məmnunluq duyduğunu deyən spiker Azərbaycanla Çili arasında diplomatik əlaqələrdən, münasibətlərimizin hazırkı vəziyyətindən danışıb.
Milli Məclisdə iranlı deputatlarla görüş
İyunun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hüseyn Nuşabadinin başçılıq etdiyi İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
İran parlamentinin nümayəndə heyəti ilə görüşdə
İyunun 8-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb
İyunun 6-da Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger ilə görüşüb. Səfiri Milli Məclisdə salamlayan spiker Sahibə Qafarova, bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu bildirib.

Deputatlarımız MDB Gənclər Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər
Cari ilin 9-10 iyun tarixlərində MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçiriləcək. Milli Məclisin deputatı Emin Hacıyev tədbirlərdə iştirak etmək üçün iyunun 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulacaqlar.
ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə
İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib.

Milli Məclisin sədr müavini Adil Əliyev şəhid bulağının açılış mərasimində iştirak edib
İyunun 3-də Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Tahir Həsənov adına 57 saylı məktəbdə Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin xatirə bulağının açılışında iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova Polşa parlamentinin nümayəndə heyəti ilə görüşüb
İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüb.
Milli Məclisin sədri Polşa nümayəndə heyətini salamlayaraq, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib. Diqqətə çatdırıb ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu və bu illər ərzində əlaqələrimiz böyük inkişaf yolu keçib. Spiker ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin kökləri və münasibətlərimizin tarixi barədə danışıb.

Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək
Milli Məclisin deputatı Erkin Qədirli iyunun 6-da Fransanın Paris şəhərinə yola düşəcək. Deputatımız AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak edəcək.

Deputat Azay Quliyev Şərqi Avropa ölkələrinə səfər edəcək
Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin deputatları Ələt Azad İqtisadi Zonasında görülən işlərlə tanış olublar
İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin başçılığı ilə parlamentin bir qrup deputatı Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində çıxış edib
İyunun 2-də ADA Universitetində Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb.
Azərbaycan-Polşa əlaqələri inkişaf edir
İyunun 2-də Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüblər.