
Milli Məclis komitələrinin birgə iclasında
Fevralın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə onlayn iclası keçirilib.

Regional məsələlər komitəsinin iclasında
Fevralın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib.

Əmək və sosial siyasət komitəsinin iclasında
Fevralın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası açaraq bildirib ki, gündəliyə birinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə konfrans keçirilib
Fevralın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və innovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
Fevralın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Milli Məclis komitələrinin birgə iclasında koronavirus infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət müzakirə edilib
Fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib. Dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri qatılıblar.

Parlamentin İqtisadi siyasət komitəsinin iclasında
Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili qeyd edib ki, gündəliyə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclası açan komitə sədri Qənirə Paşayeva qarşıdan gələn yaz sessiyasında millət vəkillərinə uğurlar arzulayıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində
Yanvarın 26-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib
Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb.

İctimai birliklər və dini qurumlar komitəsində
Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi yaz sessiyasında ilk iclasını videoformatda keçirib. Onlayn iclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə 3 məsələ daxildir. Sonra komitə sədri 2020-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı və komitənin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı haqqında məlumat verib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda komitə sədri Tahir Mirkişili yeni sessiyanın başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.
Gənclər və idman komitəsində
Yanvarın 22-də Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşıb. Onlayn iclasda Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev öncə Vətən müharibəsində qazanılmış qələbə münasibətilə deputatları bir daha təbrik edib.

Səhiyyə komitəsinin iclası keçirilib
Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

Regional məsələlər komitəsi yaz sessiyasında ilk iclasını keçirib
Yanvarın 19-da Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Zahid Oruc yaz sessiyasının başlaması münasibətilə komitə üzvlərini təbrik edib.