
Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızıstan Respublikasının xarici işlər naziri ilə görüşüb
İyulun 2-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
İyunun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Spiker qonağı səmimi salamlayaraq, Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən, BMT ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.

Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyətini qəbul edib
İyunun 12-də Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin Sədri Sahibə Qafarova Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçlə görüşüb
İyunun 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçlə görüşüb. Əvvəlcə qonaq Milli Məclisin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Milli Məclisin Sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin nümayəndə heyətini qəbul edib
İyunun 8-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Senatının Sədri ilə görüşüb
Pakistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb. Azərbaycan parlamentinin nümayəndə heyətini ehtiramla qarşılayan Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani ölkələrimiz arasında tarixən formalaşmış və Azərbaycanın müstəqilliyi dövründə daha da möhkəmlənmiş əlaqələrdən söz açıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Prezidenti Arif Alvi ilə görüşüb
İyunun 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşüb. Azərbaycan Milli Məclisinin Sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Prezident Arif Alvi onun salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib.

Pakistanda Azərbaycanın dostları ilə görüşdə
İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Milli Assambleyanın Sədri Əsəd Qeysərlə görüşüb
İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb. Milli Məclis Sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın Sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.

Milli Məclisin Sədri Sahibə Qafarova İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının Sədri ilə görüşüb
İyunun 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çərçivəsində İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının Sədri Mir Rahman Rahmani ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova İƏT PA-nın iclası çərçivəsində TBMM Sədri Mustafa Şentopla görüşüb
İyunun 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova İƏT PA çərçivəsində Özbəkistan parlamentinin Spikeri ilə görüşüb
İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Mayın 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Spiker Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib.

İtaliyada Azərbaycanın dostları ilə görüşdə
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Deputatlar Palatasının Sədri ilə görüşüb
Mayın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində Romada “Monteçitorio” sarayında İtaliya Respublikası Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 19-da İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada rəsmi səfərdədir.

Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
Mayın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşdə iştirak edib
Aprelin 28-də Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərlərinin "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşündə iştirak edib. Türkmənistan parlamentinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə spiker Sahibə Qafarova çıxış edib.