Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
937

Milli Məclisin Sədri Sahibə Qafarovanın TBMM Sədri ilə telefon danışığı olub

Aprelin 24-də Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında telefon danışığı olub. Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər.

24 aprel 2021    23:47
847

Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Aprelin 7-də Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb. Spiker qonağı səmimi salamlayaraq, Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb. O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

07 aprel 2021    17:40
1138

Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Martın 10-da Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb. Sədr qonağı səmimi salamlayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib...

10 mart 2021    17:20
671

Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb

Yanvarın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.

19 yanvar 2021    17:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.