Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
660

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-dən Rusiya Federasiyasında səfərdədir. Noyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru xanım Birqit Bişof Ebbesen ilə görüşüb.

25 noyabr 2021    16:30
805

Milli Məclisin sədri Sahibə Qafarovanın BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşü olub

Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşüb.

14 oktyabr 2021    12:45
1102

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir. Səfər çərçivəsində oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

13 oktyabr 2021    20:38

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.