Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.

Deputatlar ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edəcəklər
Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə qurumun İpək Yolu Qrupunun “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdə
Oktyabrın 13-də Milli Məclisin Səhiyyə komitəsi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüşüb.
QDİƏT PM-in komitə iclasında
Oktyabrın 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 59-cu iclası keçirilib.
Milli Məclisdə görüş
Oktyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüblər.

Vitse-spiker Adil Əliyev idmançılarla görüşüb
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev oktyabrın 12-də kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın üzvləri, məşqçilər, habelə tanınmış idmançılarla görüşüb.
Ailə, qadın və uşaq məsələləri komitəsində görüş
Beynəlxalq Qızlar Günü münasibəti ilə fəal gənc qızların hökumət və özəl qurumlara tanışlıq səfərləri çərçivəsində oktyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş keçirilib.
Milli Məclisdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Oktyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitə üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər. Komitənin sədri qonaqları salamlayaraq, Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin əhəmiyyətindən danışıb. Tahir Mirkişili Azərbaycanda büdcə sisteminin dayanıqlığının möhkəmləndirilməsi mexanizmlərindən söz açaraq, bu barədə fikirlərini bölüşüb.

Deputatlarımız Beynəlxalq Türk Dünyası Simpoziumunda
Milli Məclisin deputatları İsa Həbibbəyli, Nizami Cəfərov və Əziz Ələkbərov Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak etmək üçün Türkiyənin Ərzincan şəhərində səfərdədirlər.

Deputatımız Parlamentlərarası İttifaqın Assambleyasında iştirak edəcək
Milli Məclisin deputatı Ramin Məmmədov Parlamentlərarası İttifaqın 145-ci Assambleyasında iştirak etmək üçün oktyabrın 10-da Ruanda Respublikasının paytaxtı Kiqali şəhərinə səfər edəcək.

Deputatlarımız AŞPA-nın payız sessiyasında iştirak edəcəklər
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Dünya Bankının nümayəndələri ilə görüşdə
Oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bir qrup deputatı Dünya Bankının nümayəndələri ilə görüşüb.

Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Nurlan Həsənov Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə oktyabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Milli Məclisdə görüş
Sentyabrın 29-da Milli Məclisin bir qrup deputatı - Səməd Seyidov, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Asim Mollazadə YUNESKO-nun Afrikanın müxtəlif ölkələrindən olan məsul şəxsləri ilə görüşüb.

Deputatlarımız Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Rauf Əliyev sentyabrın 29-dan oktyabrın 3-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaqlar.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı təkliflər Milli Məclisə daxil olmaqda davam edir
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.

Rusiya Dövlət Dumasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 26-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcəklər.