Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
454

Deputat Rəşad Mahmudov Astara rayonunda şəhidlərin anım günlərində iştirak edib

Deputat Rəşad Mahmudov 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Astaranın Məsidməhəllə kəndinin yetirməsi, polkovnik-leytenant Orucov Nail Rəfail oğlunun anım günündə iştirak edib, ailə üzvlərinə başsağlığı verib. Bildirib ki, şəhidimizin yadigar qalmış üç oğlu onun bizlərə əmanətidir. Şəhidlərimizin ailələrini hər cür qayğı ilə əhatə etmək bizim müqəddəs borcumuzdur.

06 noyabr 2021    15:11
288

Peru konqresmeni Xose Enrike Ceri Ore Azərbaycan şəhidlərinə ehtiramını bildirib

Azərbaycan xalqını Zəfər Gününə qovuşduran, Vətən müharibəsində Qələbəni təmin edən igidlərin hünəri, şəhidlərin xatirəsi ölkəmizin hüdudlarından uzaqlarda da ehtiram qazanıb. Respublikaçı konqresmen, SOMOS PERU parlament qrupunun üzvü Xose Enrike Ceri Ore Azərbaycanın Perudakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbova ünvanladığı məktubda Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını Azərbaycan xalqına çatdırmağı rica edib.

06 noyabr 2021    14:47
251

Deputatımız Türkiyəyə səfərə gedəcək

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev noyabrın 8-dən ATƏT PA-nın Prezidenti Marqareta Sedelfertin rəhbərliyi ilə Türkiyədə rəsmi səfərdə olacaq.

06 noyabr 2021    14:18
277

Ankarada “Qarabağ Zəfəri: Həkim gözü ilə qardaşlıq dastanı” adlı təntənəli tədbir keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyinin Azərbaycanlı Həkimlər Dərnəyi bu ölkənin Sağlıq Bilimləri Universitetində “Qarabağ Zəfəri. Həkim gözü ilə qardaşlıq dastanı” adlı tədbir keçirib. Sağlıq Bilimləri Universiteti ilə birgə təşkil olunan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

06 noyabr 2021    13:27
284

Xarici ölkələrdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirlər davam edir

Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə İspaniyadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 7-dən İspaniya Krallığının paytaxtı Madrid şəhərində səfərdə olacaqlar.

05 noyabr 2021    19:34
374

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına məktub ünvanlayıb

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşır Feyziyevə məktub ünvanlayıb.

05 noyabr 2021    18:17
330

İtaliya senatorları Zəfər Günü münasibətilə azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin birinci ildönümü münasibəti ilə İtaliya senatorları Stefano Luçidi və Canluka Ferrara Zəfər Günü münasibətilə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə təbrik məktubları ünvanlayıblar.

04 noyabr 2021    21:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.