Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
416

Milli Məclisdə görüş

Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteranla görüşüb.

06 may 2021    17:51
378

“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə mayın 5-də “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib. Milli Məclisin Regional məsələlər komitəsi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkil etdikləri tədbirdə deputatlarla yanaşı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin təmsilçiləri, həmçinin 70-ə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin rəhbərləri iştirak ediblər.

05 may 2021    20:17
344

Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 7-ci Qlobal Konfransında

Aprelin 28-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin iki günlük 7-ci Qlobal Konfransı onlayn formatda işə başlayıb. “COVID-19 sonrası bərpa: gənclərin maraqlarına uyğun yanaşma” mövzusuna həsr edilən tədbirdə Milli Məclisin deputatları Kamran Bayramov, Nigar Arpadarai, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak ediblər.

30 aprel 2021    10:56
403

Milli Məclisdə görüş

Aprelin 28-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunda Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüş olub.

28 aprel 2021    19:12
462

Milli Məclisdə ailə strategiyasına dair dinləmələr keçirilib

Aprelin 28-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi və Ombudsmanın birgə təşkilatçılığı ilə “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzusunda onlayn formatda dinləmələr keçirilib.

28 aprel 2021    19:10
376

Yerli özünüidarəetmənin inkişaf perspektivlərinə dair videokonfransda

Aprelin 28-də Milli Məclisin Regional məsələlər Komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri milli assosiasiyalarının birgə təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

28 aprel 2021    17:15
341

MDB ölkələrində miqrasiya problemlərinə dair dəyirmi masa keçirilib

Aprelin 21-də “MDB-nin iştirakçı dövlətlərində pandemiya dövründə miqrasiya proseslərinin tənzimlənməsi xüsusiyyətləri” adlı onlayn formatda dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov və Anatoliy Rafailov iştirak ediblər.

21 aprel 2021    17:56
385

MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasında

Aprelin 21-də MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. İclasa bu komissiyanın sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Nizami Səfərov sədrlik edib.

21 aprel 2021    17:38
346

Milli Məclisdə görüş

Aprelin 21-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamidlə görüşüb.

21 aprel 2021    17:28
332

Avronest PA-nın 9-cu sessiyası başa çatıb

Aprelin 20-də onlayn formatda işini davam etdirən Avronest PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

20 aprel 2021    23:16
545

Avronest PA-nın plenar iclasında

Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

20 aprel 2021    16:28
415

Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin iclasında

Aprelin 19-da Avronest Parlament Assambleyasının 9-cu sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi komitəsinin onlayn iclası keçirilib. Tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramov, Rauf Əliyev və İltizam Yusifov iştirak ediblər.

19 aprel 2021    18:28
536

AVRONEST PA-da sosial məsələlərə xüsusi diqqət yetirilib

Avronest PA-nın aprelin 19-da keçirilən Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin onlayn iclasına Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı həmsədrlik edib.

19 aprel 2021    17:55
415

AVRONEST PA-nın komitə iclaslarında

Aprelin 19-da Avronest PA-nın iki günlük 9-cu sessiyası öz işinə başlayıb. Sessiyanın birinci günündə qurumun daimi komitələrinin onlayn formatda iclasları keçirilib. Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildiriblər.

19 aprel 2021    17:54
278

MDB PA-nın tədbirlərində

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olub. Nümayəndə heyətimizin üzvləri burada sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər.

17 aprel 2021    14:49

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.