Ana səhifə  /  XƏBƏRLƏR
298

AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək

Noyabrın 25-də və 26-da İtaliyanın Roma şəhərində AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək.
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

23 noyabr 2021    11:00
674

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclası keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, iclasın gündəliyinə gələn ilin büdcə zərfinə dair qanun layihələri ilə yanaşı, bir sıra digər qanun layihələri də daxildir.

22 noyabr 2021    18:48
256

Deputatımız elmi konfransda iştirak edəcək

Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov elmi konfransda iştirak etmək üçün noyabrın 23-də Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcək.

22 noyabr 2021    18:45
305

Deputatımız Yunanıstana səfərə gedəcək

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev noyabrın 22-dən Yunanıstanın Afina şəhərində səfərdə olacaq.

22 noyabr 2021    15:08
449

Deputat Musa Qasımlı Yardımlı rayonunda şəhid ailələrini ziyarət edib

Millət vəkili Musa Qasımlı Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyevlə birlikdə Yardımlı şəhərində Vətən müharibəsi şəhidləri - Şamil Afiq oğlu Mirzəyevin, rayonun Zevin kəndində Sirus Hamil oğlu Şirbəylinin, Sadiq Tahir oğlu Feyziyevin, Teşkan kəndində Elşən Nazim oğlu Sultanlının valideynlərini ziyarət edib.

19 noyabr 2021    17:26
329

Misir parlamentinin sabiq birinci vitse-spikeri Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib

8 Noyabr – Zəfər Günü münasibəti ilə Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərif Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Ceyhun Məmmədova təbrik məktubu göndərib.

19 noyabr 2021    16:04
255

Qazaxda şəhid Məmməd Mərdanovun xatirəsi yad edilib

Qazax rayonunda Vətən müharibəsinin mülki şəhidi Məmməd Ələddin oğlu Mərdanovun anım mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

18 noyabr 2021    12:44
329

Almaniya nümayəndə heyəti Milli Məclisdə

Noyabrın 16-da Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

17 noyabr 2021    10:18

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.