Ana səhifə  /  XƏBƏRLƏR
124

NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Noyabrın 16-da Kanadanın Halifaks şəhərində NATO Parlament Assambleyasının payız sessiyası işə başlayacaqdır. Sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcəkdir.

14 noyabr 2018    01:11
150

DEPUTATIMIZ ŞİMALİ KİPRƏ SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Elman Nəsirov Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 35-ci ildönümündə iştirak etmək üçün noyabrın 12-dən 16-dək bu ölkədə səfərdə olacaq.

12 noyabr 2018    11:11
178

QADIN MİLLƏT VƏKİLLƏRİNİN DÜNYA KONFRANSI KEÇİRİLƏCƏK

Noyabrın 7-8-də Londonda Qadın millət vəkillərinin Dünya Konfransı keçiriləcək. Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edəcək.

06 noyabr 2018    12:11
134

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 1-də Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın Federal Ombudsmanı Syed Tahir Şahbazla görüşdü.

01 noyabr 2018    05:11
127

SOFİYA GÖRÜŞLƏRİ

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rauf Əliyev Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bolqarıstanın paytaxtı Sofiyada rəsmi səfərdədir.

31 oktyabr 2018    10:10
124

BUNDESTAQIN DEPUTATI MİLLİ MƏCLİSDƏ

Oktyabrın 31-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səməd Seyidov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, hakim Xristian-Demokratlar və Xristian-Sosialistlər İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel ilə görüşdü.

31 oktyabr 2018    04:10
129

DEPUTATIMIZ GÜRCÜSTANDA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Əli Məsimli Gürcüstanda prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 27-dən 30-dək Tbilisi şəhərində səfərdə olacaq.

26 oktyabr 2018    04:10
132

DEPUTATIMIZ STRASBURQDA SƏFƏRDƏ OLACAQ

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev oktyabrın 24-dən 26-dək Strasburqda səfərdə olacaqdır.

23 oktyabr 2018    05:10
137

AZƏRBAYCAN VƏ LATVİYA ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR

Oktyabrın 19-da ölkəmizdə səfərdə olan Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyəti Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə görüşdülər.Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, Azərbaycanla Latviya arasında siyasi münasibətlər yüksək səviyyədədir və digər sahələrdə də əməkdaşlıq getdikcə inkişaf edir.

19 oktyabr 2018    04:10
135

QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASINDA

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, parlamentin Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Hüquq və Siyasi məsələlər üzrə komitəsinin 52-ci iclasında iştirak etmək üçün oktyabrın 16-dan 19-dək Yunanıstanda səfərdə olacaq.

16 oktyabr 2018    12:10
123

DEPUTATLARIMIZ ÇİNƏ SƏFƏR EDİR

Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Əhliman Əmiraslanov, Siyavuş Novruzov, deputatlardan Ağalar Vəliyev və Hüseynbala Mirələmov oktyabrın 16-dan 25-dək Çin Xalq Respublikasında səfərdə olacaqlar.

16 oktyabr 2018    06:10
126

PARLAMENTLƏRARASI İTTİFAQIN BAŞ ASSAMBLEYASINDA

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və deputat Kamran Bayramov Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak etmək üçün oktyabrın 14-dən 17-dək İsveçrədə səfərdə olacaqlar. Cenevrə şəhərində keçiriləcək toplantıda “Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusunda müzakirələr keçiriləcək.

12 oktyabr 2018    04:10
131

DEPUTATIMIZ TALLİNDƏ SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Hacı Salayev oktyabrın 10-dan 14-dək Estoniyada səfərdə olacaq.

09 oktyabr 2018    02:10
130

SPİKERLƏRİN GÖRÜŞÜNDƏ

Oktyabrın 8-də Türkiyənin Antalya şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin növbəti görüşü keçirilib.Görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım TürkPA-nın hədəflərindən danışıb.

09 oktyabr 2018    02:10
185

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün oktyabrın 7-dən 14-dək Strasburqda səfərdə olacaqlar.

05 oktyabr 2018    05:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.