Ana səhifə  /  XƏBƏRLƏR
127

DEPUTATLARIMIZ LATVİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatları – Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etmək üçün iyulun 22-də Riqaya səfər edəcəklər.

20 iyul 2018    03:07
141

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyulun 11-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik, və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk ilə görüşü keçirildi.

13 iyul 2018    12:07
122

PARLAMENT SƏDRİNİN MÜAVİNİ POLŞAYA SƏFƏR EDƏCƏK

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısında iştirak etmək üçün iyulun 11-də Polşanın paytaxtı Varşavaya səfər edəcək.

10 iyul 2018    06:07
142

DEPUTATIMIZ İSRAİLƏ SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Rasim Musabəyov Parlament dostluq qruplarının konfransında iştirak etmək üçün iyulun 8-də İsrailin Yerusəlim şəhərinə səfər edəcək.

07 iyul 2018    04:07
151

İNDONEZİYA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

İyulun 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndə heyəti ilə görüşüb.

04 iyul 2018    11:07
151

ATƏT PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat təşkilatın illik sessiyasında iştirak etmək üçün iyulun 6-da Almaniyanın paytaxtı Berlinə səfər edəcək.Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Ülviyyə Ağayeva, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə daxildirlər.

04 iyul 2018    04:07
130

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 28-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.Qonaqları səmimi salamlayan Ziyafət Əsgərov İran və Azərbaycanın müştərək tarixə, mədəniyyətə və eyni dinə malik olduğunu dedi.

28 iyun 2018    03:06
128

NATO PA-NIN ROUZ-ROUT SEMİNARI KEÇİRİLƏCƏK

İyunun 27-dən 29-dək Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı keçiriləcəkdir. Sessiyada Azərbaycanı Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov təmsil edəcəkdir.

25 iyun 2018    05:06
130

AVRONEST PARLAMENT ASSAMBLEYASININ PLENAR SESSİYASINDA

Avronest Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova, deputatlardan Məlahət İbrahimqızı, Cavanşir Feyziyev, Azər Kərimli, Tahir Mirkişili, Rasim Musabəyov qurumun 7-ci plenar sessiyasında iştirak etmək üçün iyunun 24-dən 28-dək Belçikada səfərdə olacaqlar.

22 iyun 2018    06:06
125

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdə olacaqlar.

22 iyun 2018    05:06
159

ATƏT-ə ÜZV ÖLKƏLƏRİN DAİMİ NÜMAYƏNDƏLƏRİNDƏN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

İyunun 22-də Milli Məclis Sədrinin müavini, ATƏT-dəki daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətlə görüşdü. Bahar Muradova qonaqları səmimi salamlayaraq bu səfərin ATƏT-in və onun institutlarının regionda gedən prosesləri dərindən öyrənməsi üçün əhəmiyyətini qeyd etdi.

22 iyun 2018    04:06
134

PARLAMENT XƏBƏRLƏRİ

İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün Milli Məclisin bir qrup deputatı bu ölkəyə səfər edəcək. * * * Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak etmək üçün iyunun 21-dən 22-dək Ukraynanın paytaxtı Kiyevdə səfərdə olacaqlar. * * * Milli Məclisin deputatı Elşən Musayev Avropa Şurasının və Avropa İttifaqının “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” adlı birgə layihəsi çərçivəsində iyunun 26-da Sloveniyanın Lyublana şəhərinə səfər edəcək.

21 iyun 2018    06:06
135

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 21-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əlcəzairin ədliyyə naziri Tayeb Louh ilə görüşdü. Qonağı salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanla Əlcəzairin tarixi dostluq münasibətləri ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığı üçün yaxşı imkanlar yaradır.

21 iyun 2018    05:06
125

XARİCİ ÖLKƏLƏRİN OMBUDSMANLARI MİLLİ MƏCLİSDƏ

İyunun 21-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Bakıda keçirilən Ombudsmanların XV Beynəlxalq Konfransının iştirakçıları ilə görüşü oldu.

21 iyun 2018    04:06
151

YAP SURAXANI RAYON TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

İyunun 4-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatın Gənclər Birliyinin bir qrup üzvü Milli Məclisdə oldu.Qonaqları Milli Məclisin Suraxanı rayonundan seçilmiş deputatı Sevinc Fətəliyeva salamladı. Onlara Milli Məclisin fəaliyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, qəbul edilən sənədlər barədə ətraflı məlumat verdi.

04 iyun 2018    04:06
126

DEPUTATIMIZ AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün iyunun 3-dən 6-dək Fransada səfərdə olacaq. *** Daha sonra Sahibə Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq və Federal Nazirliyinin dəstəyi ilə “Cənubi Qafqazda Yerli özünüidarəetmə Proqramı” çərçivəsində təcrübə mübadiləsi toplantısında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

02 iyun 2018    01:06
139

DEPUTATLARIMIZ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Malik Həsənov Parlamentarizmin inkişafına dair Beynəlxalq Forumda iştirak etmək üçün iyunun 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.

01 iyun 2018    01:06
131

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 31-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri Hila Rozenfeld, Mayk Drike, Zvika Ziv və Avital Rozenberqlə görüşü oldu.

31 may 2018    05:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.