
Deputatlarımız fransalı həmkarları ilə görüşəcəklər
Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
İsrail Knessetinin nümayəndə heyəti ilə görüşdə
İyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
İyunun 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 41 məsələnin daxil edildiyini söyləyib.
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri AŞPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb
İyunun 5-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri AŞPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 5-də İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdə həmməruzəçilərlə görüş
İyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ASPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb.
Elm və təhsil komitəsinin iclasında
İyunun 5-də-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, üçüncü oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi mahiyyətcə bir-biri ilə bağlıdır.

AŞPA-nın konfransında
Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyunun 6-da AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin konfransında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcək.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər
Ölkəmizdə səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

Beynəlxalq tədbirdə
Milli Məclisin Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev Avropa İttifaqı–Rusiya/MDB Qabaqcıl Tədqiqatlar və Müqayisəli Təhlil üzrə Beynəlxalq Mərkəz (ICEUR) tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək üçün iyunun 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.
_1685718287.jpeg)
Milli Məclis komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə olunub
İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib.
_1685710214.jpeg)
Milli Məclisdə “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusunda dinləmə keçirilib
İyunun 2-də Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin uşaq hüquqları ilə bağlı “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusunda birgə dinləməsi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda
İyunun 1-də Bakıda Azərbaycan Respublikası Milli Məclisinin, MDB PA-nın və MDB PA DİMBİ Bakı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
_1685627624.jpeg)
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Parlament komitələrinin birgə iclasında
İyunun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
_1685543380.jpeg)
Milli Məclisin yaz sessiyası başa çatıb
Mayın 31-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü ilin yaz sessiyasında son iclası keçirilib.
_1685541315.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 31-də Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
_1685513061.jpeg)
Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Tədbirdə ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq, birinci xanım Mixal Hersoq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, dövlət və hökumət nümayəndələri, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Milli Məclisdə görüş
Mayın 30-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin iclasında
Mayın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.