Ana səhifə  /  XƏBƏRLƏR
225

Deputatlarımız AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

08 oktyabr 2022    11:12
494

İnsan hüquqları komitəsinin iclasında

Oktyabrın 7-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc iclası açaraq gündəliyə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanunun layihəsinin daxil edildiyini deyib.

07 oktyabr 2022    17:10
492

Əmək və sosial siyasət komitəsinin onlayn iclasında

Oktyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib. İclasda gündəliyə daxil olan 4 məsələ ilə bağlı komitənin sədri Musa Quliyev məlumat verib.

07 oktyabr 2022    16:29
514

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oktyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

07 oktyabr 2022    15:55
667

Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində müasir qlobal çağırışlar barədə çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir. Oktyabrın 6-da sammitin açılış mərasimi keçirilib.

06 oktyabr 2022    19:00
209

Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər

Milli Məclisin deputatları, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Nurlan Həsənov Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə oktyabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

01 oktyabr 2022    14:07
1094

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Sentyabrın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker deputatlara payız sessiyasının başlanması münasibəti ilə təbriklərini çatdırıb və səmərəli fəaliyyət arzulayıb.

30 sentyabr 2022    19:12
264

Milli Məclisdə görüş

Sentyabrın 29-da Milli Məclisin bir qrup deputatı - Səməd Seyidov, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Asim Mollazadə YUNESKO-nun Afrikanın müxtəlif ölkələrindən olan məsul şəxsləri ilə görüşüb.

29 sentyabr 2022    18:07

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.