Əmək və sosial siyasət komitəsinin iclasında
Sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. 4 məsələdən ibarət gündəlik təsdiq edildikdən sonra birinci məsələnin müzakirəsi başlanıb.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı təkliflər Milli Məclisə daxil olmaqda davam edir
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.

Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib
Bu gün saat 12.00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb
Sentyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

Rusiya Dövlət Dumasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 26-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcəklər.

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Katibliyinin fəaliyyəti ilə tanış olub
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Katibliyində olub.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində
Sentyabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhəddə Ermənistan tərəfindən törədilən təxribatın qarşısı alınarkən qəhrəmancasına döyüşərək şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Sentyabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Deputatları salamlayan komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 15 məsələ daxil edilib.
Vitse-spiker Adil Əliyev MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini seçilib
Sentyabrın 23-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası keçirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi son təxribatlardan söz açıb. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən uğurla alınıb. İclasda qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisdə Avropa Parlamentinin nümayəndə heyəti ilə görüş olub
Sentyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev sentyabrın 22-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək. Deputatımız burada ATƏT PA-nın Helsinki+50 təşəbbüsü çərçivəsində “Dəyişən Avropa təhlükəsizlik arxitekturasında ATƏT və ATƏT PA-nın rolu” mövzusunda keçirilən seminarında iştirak edəcək.
Ailə, qadın və uşaq məsələləri komitəsində
Sentyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatın qarşısı alınarkən qəhrəmanlıq göstərərək şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin İnsan hüquqları komitəsi 2022-ci ilin payız sessiyasında ilk iclasını keçirib
Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, yaralılarımıza şəfa diləyib.
Milli Məclisin Səhiyyə komitəsi 2022-ci ilin payız sessiyasında ilk iclasını keçirib
Sentyabrın 20-də Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov 2022-ci ilin payız sessiyasında deputatlara uğurlar diləyib. Komitənin sədri Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatlardan söz açaraq, şəhid olan qəhrəman hərbçilərimizə rəhmət, yaxınlarına səbr diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb. İclas iştirakçıları şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 20-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda komitənin sədri Sadiq Qurbanov əvvəlcə sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlardan söz açıb. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən uğurla alınıb.

Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək
Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-də Türkiyənin İzmir şəhərinə səfər edəcək.