Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
459

PARLAMENT KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Mayın 6-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

06 may 2020    01:05
458

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Mayın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarıldı.İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd etdi ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda edilən dəyişiklikdən məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrasıyla bağlıdır.

04 may 2020    05:05
476

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN ONLAYN İCLASI KEÇİRİLDİ

Mayın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanmışdır.

04 may 2020    01:05
461

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Mayın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verdi. Sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər barədə danışdı.

02 may 2020    05:05
427

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 2-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Musa Quliyev bildirdi ki, gündəlikdə “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər var.

02 may 2020    02:05
405

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Aprelin 30-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib. İclası aparan komitə sədri Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilir.

30 aprel 2020    05:04
491

KOMİTƏDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası oldu. Gündəliyə 4 məsələ daxil edildiyini bildirən komitə sədri Tahir Mirkişili öncə Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat barədə məlumat verdi.

28 aprel 2020    04:04
450

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLDİ

Aprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

28 aprel 2020    04:04
1004

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olundu

Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.Komitənin sədri Tahir Mirkişili bildirdi ki, gündəliyə 6 məsələ daxil edilmişdir. Komitə sədri diqqətə çatdırdı ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir.

27 aprel 2020    04:04
402

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Aprelin 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəlikdə “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsibarədə” (birinci oxunuş) bir məsələ var.

23 aprel 2020    06:04
445

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Aprelin 22-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə sənəd (ikinci oxunuş) müzakirə edilib.

22 aprel 2020    02:04
851

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN ONLAYN İCLASINDA

Aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda) ilə bağlı qeyd edilib ki, təklif olunan dəyişiklik, Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosial-yönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanıb. Komitə üzvləri - Əli Məsimli, Aydın Hüseynov, Məşhur Məmmədov, Vüqar Bayramov, Anar Məmmədov, Rüfət Quliyev məsələ barədə fikirlərini bölüşüblər.

21 aprel 2020    12:04
421

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Aprelin 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı ilə heç bir siyasi partiyaya mənsub olmayan deputatların onlayn iclası keçirilib. Parlamentin Spikeri deputatları salamlayaraq, onlara öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Milli Məclis Sədrinin müavini Adil Əliyev çıxış edərək deyib ki, VI çağırış Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatlar say etibarilə Yeni Azərbaycan Partiyasının üzvlərindən sonra ikinci böyük qrupdur. O, parlament rəhbərliyində partiya mənsubiyyəti olmayan deputatların təmsilçisi kimi həmkarları ilə fikir mübadiləsi aparmağa xüsusi önəm verdiyini söyləyib. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındaki nitqində irəli sürülən tövsiyələrə uyğun olaraq partiya mənsubiyyəti olmayan deputatların da ölkəmizdə islahatların hüquqi bazasının genişlənməsi, Azərbaycan qanunvericiliyinin daha da təkmilləşməsi istiqamətində görüləcək işlərdə fəallıq göstərəcəyi vurğulanıb. Tədbirdə deputatlar günün aktual məsələlərindən söhbət açıblar, qanunvericiliklə bağlı təkliflərini diqqətə çatdırıblar.

21 aprel 2020    08:04
413

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Aprelin 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı ilə heç bir siyasi partiyaya mənsub olmayan deputatların onlayn iclası keçirilib. Parlamentin Spikeri deputatları salamlayaraq, onlara öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Milli Məclis Sədrinin müavini Adil Əliyev çıxış edərək deyib ki, VI çağırış Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatlar say etibarilə Yeni Azərbaycan Partiyasının üzvlərindən sonra ikinci böyük qrupdur. O, parlament rəhbərliyində partiya mənsubiyyəti olmayan deputatların təmsilçisi kimi həmkarları ilə fikir mübadiləsi aparmağa xüsusi önəm verdiyini söyləyib. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındaki nitqində irəli sürülən tövsiyələrə uyğun olaraq partiya mənsubiyyəti olmayan deputatların da ölkəmizdə islahatların hüquqi bazasının genişlənməsi, Azərbaycan qanunvericiliyinin daha da təkmilləşməsi istiqamətində görüləcək işlərdə fəallıq göstərəcəyi vurğulanıb. Tədbirdə deputatlar günün aktual məsələlərindən söhbət açıblar, qanunvericiliklə bağlı təkliflərini diqqətə çatdırıblar.

21 aprel 2020    08:04
1103

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Aprelin 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi.Komitənin sədri Zahid Oruc bildirdi ki, gündəliyə iki məsələ daxil edilmişdir. Birinci məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsinin dinlənilməsidir.

21 aprel 2020    05:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.