Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
821

Milli Məclisin deputatları QDİƏT PM-nin komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputat Mahir Süleymanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclaslarında iştirak etmək üçün oktyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

15 oktyabr 2024    15:10
725

Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının 2024-cü il 10 oktyabr tarixli qətnamələrinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il oktyabrın 10-da Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edir və pisləyir. Yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur.

12 oktyabr 2024    14:43
552

Beynəlxalq Astronavtika Federasiyasının tədbirlərində

Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasının 75-ci konqresində, həmçinin Federasiyaya üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin 14-cü beynəlxalq iclasında iştirak etmək üçün oktyabrın 12-də İtaliyanın Milan şəhərinə səfər edəcək.

11 oktyabr 2024    15:11
1192

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri 27 sentyabr - Anım Günü münasibətilə Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

27 sentyabr 2024    14:37
786

MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ

Media nümayəndələrinin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanı rəhbərinin adından akkreditasiyadan keçməli olan, Media Reyestrinə daxil edilmiş əməkdaşların anket məlumatları (adı, soyadı və atasının adı, tutduğu vəzifə) göstərilməklə parlament Aparatı rəhbərinin adına müraciətinizi 2024-cü ilin avqust ayının 31-dək Milli Məclisin office@meclis.gov.az e-poçtuna və ya məktub şəklində parlamentin poçt ünvanına (AZ1152, Bakı, Parlament prospekti 1) göndərməyiniz xahiş olunur.

15 avqust 2024    11:34
1024

İndoneziya parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Avqustun 6-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Baharın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

06 avqust 2024    16:15
1175

Milli Məclisin deputatları Çin Xalq Respublikasına səfər edəcəklər

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Fatma Yıldırım, Elnur Allahverdiyev və Soltan Məmmədov iyulun 5-də Çin Xalq Respublikasının Şandon əyalətinin Tsindao şəhərinə səfər edəcəklər.

04 iyul 2024    12:14
1134

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Vüqar Bayramov "Kosmos - regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi" mövzusunda keçiriləcək 6-cı Beynəlxalq Kosmik Forumun işində iştirak etmək üçün iyulun 1-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.

29 iyun 2024    11:25
966

ATƏT Parlament Assambleyasının sessiyasında

Milli Məclisin deputatları - ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev ATƏT PA-nın “Mövcud təhlükəsizlik arxitekturasında ATƏT-in rolu: Parlament Perspektivi” mövzusunda keçiriləcək 31-ci sessiyasının işində iştirak etmək üçün iyunun 28-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

27 iyun 2024    17:19
1062

Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş keçirilib

İyunun 27-də Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

27 iyun 2024    14:57

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.