Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
432

Qırğız Respublikası parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

04 iyun 2024    14:01
654

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

İyunun 5-6-da Bakıda Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclası keçiriləcək.

03 iyun 2024    17:41
540

Milli Məclisdə görüş

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və parlamentin bir qrup deputatı mayın 30-da Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazım Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

30 may 2024    18:20
569

Niderland Parlamenti Nümayəndələr Palatasının 2024-cü il 23 may tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il mayın 23-də Niderland Parlamenti Nümayəndələr Palatasının ölkəmizi hədəf alan ədalətsiz və birtərəfli qətnamə qəbul etməsinə qəti etirazını bildirir və bu hərəkəti irqçi, azərbaycanofob, türkofob və islamofob siyasi aksiya kimi qiymətləndirərək şiddətlə qınayır. Qətnamədə ölkəmizə qarşı irəli sürülmüş ittihamlar qismən reallıqların təhrifinə, qismən də yalan və saxta məlumatlara əsaslanır.

30 may 2024    11:58
542

TÜRKPA-nın komissiya iclasında

Mayın 27-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının "TÜRKPA üzv ölkələrində tibbi tullantıların idarə edilməsi" mövzusuna həsr edilmiş videokonfrans formatında 9-cu iclası keçirilib.

27 may 2024    17:39
498

Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev mayın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

25 may 2024    11:09
426

Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərlə bağlı etiraz məktubu

Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.

24 may 2024    21:27
532

Milli Məclisdə görüş

Mayın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ-ın Men ştatında fəaliyyət göstərən Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

23 may 2024    18:00
580

Milli Məclisdə görüşlər

Mayın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə Parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr və Redaksiya və nəşr işləri şöbələrinin əməkdaşları arasında görüş keçirilib.

23 may 2024    17:23
439

Milli Məclisdə görüş

Mayın 23-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

23 may 2024    14:23
488

NATO PA-nın yaz sessiyasında

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı mayın 24-də NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

23 may 2024    09:25

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.