Azərbaycan Respublikası Milli Məclis Aparatının məlumatı
Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.
ASİYA PARLAMENT ASSAMBLEYASI COVID-19 PANDEMİYASINA HƏSR OLUNMUŞ VİDEOKONFRANS KEÇİRİB
İyulun 9-da Asiya Parlament Assambleyası COVID-19-a həsr olunmuş videokonfrans keçirib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva onlayn konfransda koronavirus infeksiyası ilə mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb.
MİLLİ MƏCLİSDƏ RESPUBLİKADA SU TƏCHİZATI İLƏ ƏLAQƏDAR DİNLƏMƏ KEÇİRİLİB
İyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmə keçirilib. Dinləmədə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin deputatları da iştirak ediblər.
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi
İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 17 məsələ daxil edilib.
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün çox dəyərli həmkarımız, Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur. Möhtərəm Prezidentimiz İlham Əliyev akademik Ziyad Səmədzadəni birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Bu təkcə Ziyad müəllim üçün deyil, həm də bütövlükdə Milli Məclis üçün sevindirici hadisədir.
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 19-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə çıxış edərək dedi: “Dünən iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu təşkilatın 9 üzv ölkəsi ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Möhtərəm Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi artıq razılaşdırılıb. Ona görə də, belə bir mərhələdə Sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir.”
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi.İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Gününü qeyd edəcək.
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirdi ki, dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb.
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ
İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Dövlət himni səsləndirildi.Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər.
VYETNAM MİLLİ ASSAMBLEYASI AZƏRBAYCANA TİBBİ MASKALAR GÖNDƏRİB
İyunun 4-də Milli Məclisdə Vyetnam Milli Assambleyasının Sədri xanım Nquyen Txi Kim Nqan tərəfindən göndərilmiş tibbi maskaların təqdimat mərasimi oldu.
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər.
MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATDI
Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 12 məsələ daxil edilib.Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin digər komitə sədrləriZahid Oruc, Siyavuş Novruzov, deputatlardan Nizami Səfərov, Müşfiq Məmmədli, Cavid Osmanov, Bəhruz Məhərrəmov, Şahin İsmayılov, Əli Məsimli, Müşfiq Cəfərov, Etibar Əliyev ölkə gündəmində olan vacib məsələlərdən söz açdılar, qeyd və təkliflərini verdilər. Sonra gündəliyin birinci məsələsinin müzakirəsinə başlandı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 19-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi.Milli Məclisin Sədri Sahibə Qafarova iclasa başlamazdan əvvəl mayın 15-də bu iclas zalında Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxslərlə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə keçirdiyi görüşdən danışdı.
Bakı, Sumqayıt və Abşeronun seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüşdə
Mayın 15-də Milli Məclisin plenar iclas zalında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirildi.Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Aparat rəhbərinin müavini Yaşar Əməşov, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdilər.
Gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı onlayn konfrans keçirilmişdir
Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə "Könüllülər ili" çərçivəsində görüləcək işlərlə bağlı onlayn konfrans keçirilmişdir.Konfransda parlamentin Sədr müavini Adil Əliyevlə yanaşı Milli Məclisin deputatları Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, habelə Milli Məclis Aparatının əməkdaşları iştirak edirdilər.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 8-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir. Bu gün, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 5-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. İclasda xanım Spiker bildirdi ki, gündəliyə 11 məsələ daxil edilib. Öncə Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında dünən keçirilən Zirvə görüşünə diqqət yönəltdi. Qeyd etdi ki, videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunmuşdu. Xanın Spiker vurğuladı ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq nüfuzunun çox yüksək olduğunu göstərdi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdi. Əvvəlcə iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edildi. İclasda iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürüldüyünü bildirdi.
Parlamentlərarası İttifaqda nümayəndə heyətimizin tərkibi müəyyənləşib
Azərbaycan Respublikasının Milli Məclisi Parlamentin beynəlxalq əlaqələrinin inkişafına böyük önəm verir. Nümayəndə heyətlərimizin Milli Məclisin üzv olduğu beynəlxalq qurumlarda fəaliyyəti Parlament rəhbərliyinin daim diqqət mərkəzindədir. Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşmişdir. Qurumda nümayəndə heyətimizə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.
Parlamentlərarası İttifaqda nümayəndə heyətimizin tərkibi müəyyənləşib
Azərbaycan Respublikasının Milli Məclisi Parlamentin beynəlxalq əlaqələrinin inkişafına böyük önəm verir. Nümayəndə heyətlərimizin Milli Məclisin üzv olduğu beynəlxalq qurumlarda fəaliyyəti Parlament rəhbərliyinin daim diqqət mərkəzindədir. Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşmişdir. Qurumda nümayəndə heyətimizə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.