MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 24-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdi.Cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin komitə sədrləri Zahid Oruc, Səməd Seyidov, Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Vahid Əhmədov, Tahir Kərimli, Fazil Mustafa, Azay Quliyev, Sahib Alıyev, Rauf Əliyev, Jalə Əliyeva, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Razi Nurullayev, Bəhruz Məhərrəmov müxtəlif məsələlərlə bağlı fikirlərini açıqladılar.
Milli Məclisin Mətbuat xidmətinin məlumatı
Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılmışdır.
Milli Məclisin Mətbuat xidmətinin məlumatı
Koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin Plenar iclaslarında sanitariya normalarına riayət etmək üçün deputatlar iki metr məsafə ilə hər sırada bir nəfər əyləşdirilməklə yerləşdirmək məcburiyyəti yaranmışdır. Milli Məclisin Plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər. Deputatların hamısını əyləşdirmək məqsədi ilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılmışdır ki, onlar zalda qonaqlar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə yerləşdiriləcəklər. Həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılmışdır. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilmişdir.
MİLLİ MƏCLİSDƏ QANVERMƏ AKSİYASI KEÇİRİLDİ
Parlamentin aprelin 17-də keçirilən iclasında Milli Məclisin Sədri Sahibə Qafarova bildirmişdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis də qoşulub.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 17-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Öncə xanım Spiker aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirəyə diqqət yönəltdi. Milli Məclisin Sədri vurğuladı ki, bu müşavirə bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Möhtərəm Prezidentimiz özünün dərin məzmunlu nitqində ölkə iqtisadiyyatının vəziyyətini və inkişaf perspektivlərini ətraflı təhlil etdi. Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə yeni bir humanist addım atmışdır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan 65 yaşından yuxarı 176 nəfər məhkum əfv edilmişdir.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 30-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə xanım Qafarova bildirdi ki, sabah ölkəmizdə azərbaycanlıların soyqırımı günü qeyd ediləcəkdir.
MİLLİ MƏCLİSDƏ İLK DƏFƏ VİDEOKONFRANS KEÇİRİLDİ
Xəbər verildiyi kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi olaraq, Milli Məclis Sədrinin təşəbbüsü ilə Parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır. Bu gün – martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilmişdir.
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
Milli Məclis Sədrinin təşəbbüsü ilə -ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi -Parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır. Belə ki, Milli Məclisin 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapmışdır.
MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdə və təəssüf ki, sürətlə yayılmaqdadır. Qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və vaxtında qabaqlayıcı tədbirlər görüb və bu işlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur və bu təşkilat Azərbaycan dövlətinin bu sahədə atdığı addımları yüksək qiymətləndirir.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 17-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Dörd məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Sahibə Qafarova dünya miqyasında yayılmış koronavirus (COVİD-19) pandemiyasına toxundu. Qeyd etdi ki, Azərbaycanda bu təhlükəyə qarşı səmərəli mübarizə təşkil olunub. Ölkəmizdə epidemiyaya qarşı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilib. Plenar iclasa təqdim olunmuş qanun layihələrinin dördü də həmin tədbirlərlə əlaqədardır. Bu qanun layihələrinin qəbul edilib qüvvəyə minməsi nəzərdə tutulan mübarizənin kompleks şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 13-də altıncı çağırış Milli Məclisin növbəti iclası keçirildi. İclası açan parlament Sədri Sahibə Qafarova bildirdi ki, parlament seçkilərinin nəticəsi olaraq ölkəmizin altıncı çağırış Milli Məclisi uğurla formalaşmışdır. Bugünkü iclasda Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahov iştirak edir və millət vəkillərinə deputat vəsiqələri paylanacaq.Sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilərdə mandat qazanan millət vəkillərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
ALTINCI ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ
Martın 10-da Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edirdi.
MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdir.
TÜRKPA-NIN IX PLENAR İCLASINDA
Dekabrın 18-də Bakıda TÜRKPA-nın Şura iclasından sonra qurumun IX plenar iclası keçirildi.İclası açan TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Milli Məclisin Sədri Oqtay Əsədov Assambleyanın üzvü olan Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulini, Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekovu, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopu və rəhbərlik etdikləri nümayəndə heyətlərini salamladı.
BAKIDA TÜRKPA-nın TƏDBİRLƏRİ
TÜRKPA-nın 9-cu plenar iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş qonaqlar dekabrın 18-də səhər Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, xatirəsini ehtiramla andılar. Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin parlament nümayəndə heyətləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.Elə bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 9-cu iclası oldu.Nahar fasiləsindən sonra TÜRKPA-nın 9-cu plenar iclası öz işinə başladı.Uğurla başa çatan TÜRKPA-nın 9-cu plenar iclası çərçivəsində tədbirlər yekunlaşdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi.
MİLLİ MƏCLİSDƏ TÜRKPA-nın KOMİSSİYA İCLASI KEÇİRİLDİ
Dekabrın 18-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclası keçirildi. Komissiyanın iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak edirdilər.
Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək
Dekabrın 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.
MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 3-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin plenar iclasında 15 məsələyə baxıldı. Gündəlik təsdiqləndikdən sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim etdi. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olundu. Məlumat dinlənildikdən sonra deputatlar 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxunuşda qəbul etdilər.
MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 2-də Milli Məclisin plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bugünkü plenar iclasda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətin müzakirəyə çıxarılacağını bildirdi.