Ana səhifə  /  XƏBƏRLƏR
276

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN ONLAYN İCLASINDA

Mayın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi var.

12 may 2020    06:05
345

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə 11 məsələ daxil edilib.Qeyd olundu ki, birinci məsələ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir (birinci oxunuş), digər on məsələ isə “Əlillərin hüquqları haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar müxtəlif qanunvericilik aktlarına uyğunlaşdırma xarakterli əlavə və dəyişikliklərdir.

12 may 2020    06:05
304

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Tahir Rzayev məlumat verdi ki, gündəlikdə parlamentə bir zərfdə daxil olmuş 4 qanun layihəsi var.Qeyd olundu ki, həmin qanun layihələrindəki “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” və “Atçılıq haqqında” qanunlarda, həmçinin Torpaq Məcəlləsində dəyişiklik edilməsinə dair məsələlər Aqrar siyasət komitəsinə aiddir. Təqdim edilmiş qanun layihələrinin hamısı uyğunlaşdırma xarakteri daşıyır və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli qanunun tətbiqi məqsədi ilə hazırlanıb.

12 may 2020    03:05
237

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 8-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir. Bu gün, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur.

08 may 2020    06:05
301

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Mayın 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ daxil edilib.

08 may 2020    05:05
369

SƏHİYYƏ KOMİTƏSİNDƏ COVID-19-la BAĞLI VƏZİYYƏT MÜZAKİRƏ OLUNDU

Mayın 7-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında 7 məsələyə baxıldı. Öncə “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə” məsələ müzakirə olundu. Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qabaqlayıcı tədbirlər müsbət nəticəsini verib. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusdan ölənlərin sayı çox aşağıdır. Dövlət başçısının gündəlik nəzarəti, diqqət və qayğısı sayəsində müvafiq dövlət qurumları vətəndaşların sağlamlığını qorumaq istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. Görülən işlər müsbət nəticəsini verir. Lakin dünyanı bürümüş bu məşum bəla ilə mübarizəyə əhali də laqeyd yanaşmamalıdır.

07 may 2020    07:05
263

QƏLƏBƏNİN 75-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ VİDEOKONFRANSDA

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.Videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.

07 may 2020    06:05
261

QƏLƏBƏNİN 75-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ VİDEOKONFRANSDA

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.Videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.

07 may 2020    06:05
226

MİLLİ MƏCLİSİN GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

Mayın 7-də Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib. İclası Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb.Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.

07 may 2020    04:05
233

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Mayın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə məlumat verərək bildirdi gündəliyə 3 məsələ təqdim olunub.

07 may 2020    02:05
189

MİLLİ MƏCLİSİN İNTİZAM KOMİSSİYASINDA

Mayın 6-da Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Komissiyanın sədri Eldar İbrahimov iclasda Milli Məclisin İntizam komissiyasının fəaliyyət istiqamətlərinin müzakirə olunacağını qeyd edib.Bildirilib ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir.

06 may 2020    05:05
240

PARLAMENT KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Mayın 6-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

06 may 2020    01:05
268

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 5-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. İclasda xanım Spiker bildirdi ki, gündəliyə 11 məsələ daxil edilib. Öncə Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında dünən keçirilən Zirvə görüşünə diqqət yönəltdi. Qeyd etdi ki, videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunmuşdu. Xanın Spiker vurğuladı ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq nüfuzunun çox yüksək olduğunu göstərdi.

05 may 2020    06:05
274

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Mayın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarıldı.İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd etdi ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda edilən dəyişiklikdən məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrasıyla bağlıdır.

04 may 2020    05:05
236

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN ONLAYN İCLASI KEÇİRİLDİ

Mayın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanmışdır.

04 may 2020    01:05
226

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdi.  Əvvəlcə iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edildi. İclasda iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürüldüyünü bildirdi.

02 may 2020    09:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.