Ana səhifə  /  XƏBƏRLƏR
220

Səhiyyə komitəsinin iclasında

Noyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi.İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ daxildir.

27 noyabr 2019    09:11
137

AŞPA-NIN BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.

26 noyabr 2019    05:11
237

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov bildirdi ki, 19 məsələdən ibarət gündəlikdə 2020-ci ilin büdcə zərfinə daxil olan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, məhkəmə-hüquq sistemində islahatlarla bağlı parlamentə bir zərfdə daxil olmuş 9 qanun layihəsinin ikinci oxunuşu və “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.

25 noyabr 2019    06:11
168

MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

Noyabrın 25-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazaxıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Serjan Abdıkərimovla görüşdü. ***Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Fransa Parlamentinin deputatı Karolin Janvienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

25 noyabr 2019    05:11
132

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev və deputat Naqif Həmzəyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransda, iştirak etmək üçün noyabrın 26-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.

25 noyabr 2019    04:11
176

Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirmişdir

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və növbəti Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

22 noyabr 2019    09:11
245

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələyə baxıldı. İnsan hüquqları komitəsinin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.

22 noyabr 2019    05:11
75

MDB PA-nın YUBİLEY SESSİYASINDA

Noyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib.

22 noyabr 2019    02:11
144

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 25-dən 30-na kimi Fransanın Strasburq şəhərində səfərdə olacaq.*** Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev noyabrın 24-25-də İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.

21 noyabr 2019    04:11
239

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA 2020-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏ OLUNDU

Noyabrın 20-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin birgə iclası keçirildi. Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirdi.

20 noyabr 2019    06:11
80

MDB PA-ın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-ın Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.

19 noyabr 2019    11:11
146

DEPUTATIMIZ YUNANISTANDA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının fakt araşdırma missiyasının tədbirlərində iştirak etmək üçün noyabrın 20-də Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

19 noyabr 2019    11:11
191

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə 21 məsələdən ibarət gündəlik təsdiqləndi.

19 noyabr 2019    05:11
240

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri (ikinci oxunuş), həmçinin “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) daxildir.

19 noyabr 2019    05:11
243

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNDƏ GƏLƏN İLİN BÜDCƏ LAYİHƏSİ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏ EDİLDİ

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Mədəniyyət komitələrinin birgə iclası keçirildi.İclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi.

19 noyabr 2019    05:11
155

DEPUTATIMIZ RUSİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Mixail Zabelin Rusiya Dövlət Dumasının təşkilatçılığı ilə “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyalar və blokların qarşılıqlı əlaqələrinin rolu” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 18-dən 23-dək Moskvada səfərdə olacaq.

18 noyabr 2019    12:11
203

BEŞ KOMİTƏNİN BİRGƏ İCLASINDA

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.

18 noyabr 2019    03:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.