Ana səhifə  /  XƏBƏRLƏR
118

Milli Məclisin deputatı MDB PA-nın komissiya iclasında iştirak edəcək

Milli Məclisin deputatı Jalə Əliyeva Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Belarus Respublikasının Qrodno şəhərinə səfər edəcək.

23 sentyabr 2023    12:15
104

Milli Məclisin deputatı Albaniyaya səfər edəcək

Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək.

23 sentyabr 2023    12:10
295

Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasının iştirakçıları ilə ikitərəfli görüşlər olub

Sentyabrın 22-də Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ilə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan parlament nümayəndə heyətinin rəhbəri senator Nisar Ahmed Kuhro, İraq nümayəndə heyətinin rəhbəri Cabbar Əl Çnani, Kamboca nümayəndə heyətinin rəhbəri Sokun Ti və Tayland nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakulun başçılıq etdikləri nümayəndə heyətləri ilə ikitərəfli görüşlər olub.

22 sentyabr 2023    17:31
371

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon ilə görüşüb.

22 sentyabr 2023    15:33
179

Parlament görüşləri

Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Milli Məclisin inzibati binasında keçirilən iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər olub.

22 sentyabr 2023    12:00
439

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

22 sentyabr 2023    11:00
362

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Sentyabrın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova Ordumuzun Qarabağ iqtisadi rayonunda dünəndən başladığı anti-terror tədbirlərinin bu gün separatçıların təslim olması ilə nəticələnməsi münasibətilə təbriklərini çatdırıb.

20 sentyabr 2023    17:27
562

Milli Məclisin sədri Sahibə Qafarova, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın anti-terror tədbirləri barədə beynəlxalq ictimaiyyətə müraciət ediblər

Milli Məclisin sədri Sahibə Qafarova, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən anti-terror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

20 sentyabr 2023    01:25
395

Parlamentin Mədəniyyət komitəsinin iclasında

Sentyabrın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Qənirə Paşayeva sessiyanın başlaması münasibəti ilə təbriklərini çatdırıb, deputatlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

19 sentyabr 2023    18:14
100

AŞPA-nın komitə iclasında

Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.

19 sentyabr 2023    18:03
248

Səhiyyə komitəsinin iclasında

Sentyabrın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanovun təklifi ilə bu gün erməni terrorçuların törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

19 sentyabr 2023    17:00
209

Aqrar siyasət komitəsinin iclasında

Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Heydər Əliyevə ümumxalq məhəbbətinin sonsuz və tükənməz olduğunu vurğulayıb.

19 sentyabr 2023    15:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.