Ana səhifə  /  XƏBƏRLƏR
283

Deputatımız İtaliyada səfərdə olacaq

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli Ümummilli lider Heydər Əliyevin doğum gününə və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə mayın 9-da Roma şəhərinə səfər edəcək.

06 may 2022    14:59
282

Milli Məclisin komitə sədri Türkiyədə səfərdə olacaq

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 9-da Türkiyənin Ankara və Karaman şəhərlərinə səfər edəcək.

06 may 2022    14:51
347

Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr inkişaf edir

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin deputatları Əbülfəs Xamedov, Zarina Kamasova və Güldara Nurumova ilə görüşüb.

06 may 2022    12:05
1041

Milli Məclisin plenar iclasında

Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

05 may 2022    19:00
371

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza” mövzusunda videokonfrans keçirilib

Mayın 4-də Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza” mövzusunda videokonfrans keçirilib.

04 may 2022    16:53
696

Əmək və sosial siyasət komitəsində

Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə ikinci oxunuşda 3 məsələ - “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

29 aprel 2022    15:53
499

Elm və təhsil komitəsinin iclasında

Aprelin 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Bəxtiyar ƏIiyev bildirib ki, gündəliyə iki məsələ - “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), habelə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri daxil edilib.

29 aprel 2022    14:22
330

GUAM PA komitələrinin iclaslarında

Aprelin 28-də GUAM Parlament Assambleyasının Ticarət-iqtisadi məsələlər üzrə və Hüquqi məsələlər üzrə komitələrinin videokonfrans formatında iclasları keçirilib. İclaslarda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev və Fatma Yıldırım iştirak ediblər.

28 aprel 2022    17:39

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.