Ana səhifə  /  XƏBƏRLƏR
360

Parlament nümayəndə heyətinin Latviyaya səfəri davam edir

Fevralın 2-də Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Riqada Latviya Milli İncəsənət Muzeyində olub.
Sonra Milli Məclisin nümayəndə heyəti Latviya Milli Kitabxanasında olub.

02 fevral 2022    20:00
453

Ağdaşda şəhid polkovnik-leytenant Atəm Əliyevin xatirəsi anılıb

Ağdaş şəhərində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Atəm Vaqif oğlu Əliyevin anım mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Cavid Osmanov, şəhid ailələrinin üzvləri, şəhidin döyüş yoldaşları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

02 fevral 2022    12:22
295

Şabranda şəhid Fətulla Siracovun xatirəsi anılıb

Şabran rayon Gəndov kəndindən olan şəhidimiz Fətulla Qasım oğlu Siracovun şəhadətinin ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimində Milli Məclisin deputatı Sadiq Qurbanov, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

02 fevral 2022    12:12
1087

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Fevralın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

01 fevral 2022    17:39
278

T Ə K Z İ B

Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir.

29 yanvar 2022    09:23
911

İctimai birliklər və dini qurumlar komitəsinin iclasında

Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli deputatları yeni sessiyasının başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

27 yanvar 2022    18:06
330

Milli Məclisin İntizam komissiyasının iclasında

Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəlikdə Milli Məclisin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlərə dair məlumata baxılması nəzərdə tutulub.

27 yanvar 2022    14:11
755

Əmək və sosial siyasət komitəsinin iclasında

Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev deputatlara qarşıdan gələn sessiyada uğurlar arzulayaraq iclasın gündəliyi barədə məlumat verib.

26 yanvar 2022    15:47
802

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Yanvarın 25-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb.

25 yanvar 2022    18:18
256

ATƏT PA-nın Büro iclasında

Yanvarın 24-də ATƏT PA-nın video formatda Büro iclası keçirilib. İclasda Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev iştirak edib.

25 yanvar 2022    17:05
815

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Yanvarın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və bir qanun layihəsinin daxil edildiyini deyib.

25 yanvar 2022    16:37

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.