Ana səhifə  /  XƏBƏRLƏR
391

Deputat Cavid Osmanov qazi və şəhid ailələri ilə görüşüb

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov Ağdaş şəhərində yaşayan Vətən müharibəsində yaralanaraq ayağını itirən qazi İsayev Ayxan İlqar oğlu və onun ailə üzvləri ilə görüşüb.

12 yanvar 2022    11:12
471

MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ

KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, yanvar ayının 25-dək Milli Məclisin 2022-ci il yaz sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanının rəhbərinin adından akkreditasiyadan keçməli olan əməkdaşların adlarını göstərməklə məktublarınızı Milli Məclisin office@meclis.gov.az e-poçtuna göndərməyinizi və ya Parlamentin poçt qutusuna atmağınızı xahiş edirik.

08 yanvar 2022    13:01
431

Deputat Naqif Həmzəyev Gəncədə şəhid məzarlarını ziyarət edib

Gəncədə Vətən müharibəsi şəhidi Məmmədov Oqtay Namiq oğlunun doğum günü qeyd edilib. Milli Məclisin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təmsilçiləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Məmmədov Oqtay Namiq oğlunun məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

06 yanvar 2022    12:16
292

Deputat Cavid Osmanov Ağdaşda Vətən müharibəsi qaziləri ilə görüşüb

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov Ağdaş rayonunun Pirkəkə kəndində yaşayan Vətən müharibəsi qazisi Osmanov Təhmasib Vasif oğlu və onun ailə üzvləri ilə görüşüb. Görüşdə qazilər Əliyarov Mürşüd Sənvər oğlu və İsayev Ayxan İlqar oğlu da iştirak ediblər.

05 yanvar 2022    15:16
335

Sağlamlıq imkanları məhdud yüzədək qazi müasir əlil arabaları ilə təmin edilib

Yanvarın 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, deputatlar Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın, Vüqar İskəndərovun, Əziz Ələkbərlinin, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun, ilahiyyatçı alim Hacı Şahin Həsənlinin, şəhid ailələrinin, qazilərin, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib.

05 yanvar 2022    09:41
1216

Milli Məclisin 2021-ci il payız sessiyası başa çatıb

Dekabrın 30-da Milli Məclisin cari ildə son iclası keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ənənəyə uyğun olaraq hər il Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə Müraciət qəbul edir. Müraciətin hazırlanması üçün Redaksiya komissiyası yaradılmalıdır.

30 dekabr 2021    18:00
364

Deputat Jalə Əliyeva şəhid ailələri və qazilərlə görüşüb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə Ucar və Zərdab rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb.

30 dekabr 2021    16:29
312

Gəncədə şəhid Rəhman Dilcan oğlu Bayramovun xatirəsi anılıb

Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid Rəhman Dilcan oğlu Bayramovun anım günü keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

29 dekabr 2021    11:36
1144

Milli Məclis Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib

Dekabrın 24-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclas çox əlamətdar bir gündə keçirilir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub.

24 dekabr 2021    18:43
309

Milli Məclisdə görüş

Dekabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlinin müvəqqəti işlər vəkili Maykl Dikerson ilə görüşüb.

23 dekabr 2021    18:27
363

Milli Məclisdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub

Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı"nın müzakirəsi keçirilib.

23 dekabr 2021    17:59

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.