Ana səhifə  /  XƏBƏRLƏR
1130

Milli Məclisin növbəti plenar iclası keçirilib

Dekabrın 14-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin dekabrın 8-dən 10-dək Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.
Bildirib ki, səfərin məramı İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək idi. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi tədbir "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunmuşdu.

14 dekabr 2021    19:18
288

Milli Məclisdə görüş

Dekabrın 14-də Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov bu ölkənin Azərbaycandakı səfiri Dato Yubazlan Yusof ilə videokonfrans formatında görüş keçirib.

14 dekabr 2021    18:19
291

Deputatımız AŞPA-nın tədbirində iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcək.

11 dekabr 2021    12:55
470

İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının tədbirlərində

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak edib.
Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi konfrans "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunub.

11 dekabr 2021    12:31
288

Deputatlarımız Vyanada səfərdə olacaqlar

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili, qrupun üzvləri Əminə Ağazadə və Elnur Allahverdiyev dekabrın 12-də Avstriyanın Vyana şəhərinə yola düşəcəklər.

11 dekabr 2021    11:45
522

Şəhidimiz Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilib

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş qəhrəman övladımız, Siyəzən rayon Zarat kənd sakini Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilərək torpağa tapşırılıb.

10 dekabr 2021    10:03
403

Parlament görüşləri

Dekabrın 9-da Milli Məclisdə deputat Tural Gəncəliyev Birləşmiş Krallığın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun üzvləri Helen Makkenzi və Rayan Qrist ilə görüşüb.

09 dekabr 2021    18:25
413

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclası keçirilib

Dekabrın 8-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının videokonfrans formatında 16-cı iclası keçirilib.
Komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

08 dekabr 2021    18:53
305

BMT-nin İnternet idarəçiliyi mövzusunda parlament forumu keçirilib

Dekabrın 7-də və 8-də Polşa Respublikasının ev sahibliyi ilə BMT-nin İnternet idarəçiliyi mövzusuna həsr edilmiş onlayn parlament Forumu keçirilib. Tədbirdə Milli Məclisin deputatları Naqif Həmzəyev və Nigar Arpadarai iştirak ediblər.

08 dekabr 2021    17:19
410

Milli Məclisdə görüş

Dekabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan və Novo Nordisk əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen ilə görüşüb.

08 dekabr 2021    15:30
678

Komitələrin birgə onlayn iclasında

Dekabrın 7-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclası keçirilib.

07 dekabr 2021    17:27

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.