Ana səhifə  /  XƏBƏRLƏR
132

MDB PA-nın KOMİSSİYA İCLASINDA

Milli Məclisin deputatı Rasim Musabəyov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

08 oktyabr 2019    03:10
134

MDB PA-nın TƏDBİRİNDƏ

Milli Məclisin üzvü Elmira Axundova oktyabrın 9-da Rusiya Federasiyasına səfərə gedəcək.

08 oktyabr 2019    03:10
135

MDB PA-NIN DAİMİ KOMİSSİYASINDA

Milli Məclisin deputatı Rüfət Quliyev MDB Parlament Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 9-dan 13-dək Rusiya Federasiyasında səfərdə olacaq.

07 oktyabr 2019    04:10
155

ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ KONFRANSINDA

Milli Məclisin deputatı Şahin İsmayılov Parlamentlərarası İttifaqın və Ümumdünya Ticarət Təşkilatı üzrə Parlament Konfransının 44-cü iclasında iştirak etmək üçün oktyabrın 6-dan 9-dək İsveçrədə səfərdə olacaq.

04 oktyabr 2019    05:10
158

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

Oktyabrın 3-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşdü.

03 oktyabr 2019    04:10
143

MƏRAKEŞDƏ İLK DƏFƏ ATƏT PA-nın SESSİYASI KEÇİRİLƏCƏK

ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək. Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili tədbirlərdə iştirak edəcəklər.

01 oktyabr 2019    03:10
148

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olacaqlar.

27 sentyabr 2019    04:09
151

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Sentyabrın 18-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının Baş vitse-prezidenti xanım Şeyla Gevolbun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

18 sentyabr 2019    06:09
123

QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək.

16 sentyabr 2019    11:09
133

BEYNƏLXALQ TƏDBİRDƏ

Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirinə qatılmaq üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşəcəklər.

16 sentyabr 2019    09:09
141

AZƏRBAYCAN-XORVATİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Sentyabrın 9-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Parlamentinin Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdü.

09 sentyabr 2019    06:09
196

XORVATİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Sentyabrın 9-da Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Xorvatiya Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun nümayəndələri arasında görüş keçirildi.

09 sentyabr 2019    03:09
141

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədr müavini Milli Məclisdə oldu

Sentyabrın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) sədr müavini, Pakistan Parlamentinin beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Müşahid Hüseyn Seyid ilə görüşü keçirildi.

06 sentyabr 2019    05:09
162

PAKİSTANLA ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

Sentyabrın 6-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Xeybər Paxtunxva Əyalət Assambleyasının nümayəndə heyəti ilə görüşdü.

06 sentyabr 2019    03:09
128

AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olacaq.

04 sentyabr 2019    11:09
145

ATƏT PARLAMENT ASSAMBLEYASININ TƏDBİRİNDƏ

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili sentyabrın 5-də İsveçrəyə səfər edəcəklər.

04 sentyabr 2019    03:09
153

AŞPA-NIN BÜRO İCLASI KEÇİRİLƏCƏK

Sentyabrın 3-də İsveçrənin Bern şəhərində Avropa Şurası Parlament Assambleyasının Büro iclası keçiriləcək.İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

30 avqust 2019    03:08
175

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyulun 31-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

31 iyul 2019    04:07

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.