Ana səhifə  /  XƏBƏRLƏR
134

BEYNƏLXALQ FORUMDA

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün mayın 14-dən Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

14 may 2019    04:05
128

QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Əflatun Amaşov qurumun komitə iclaslarında iştirak etmək üçün mayın 14-də Gürcüstanın Batumi şəhərinə səfər edəcəklər.

13 may 2019    11:05
137

BEYNƏLXALQ TƏDBİRDƏ

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdədir.

13 may 2019    04:05
128

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 8-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşdü.

08 may 2019    03:05
135

ANKARADA HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILACAQ

Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş qeyd edilir. Mayın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ümummilli liderin doğum gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə yola düşəcəklər.

07 may 2019    11:05
124

DEPUTATLARIMIZ ALMANİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gedəcəklər.

02 may 2019    05:05
155

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransında

Milli Məclisinin deputatları – ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili aprelin 28-dən 30-dək Belarusun Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransında iştirak edəcəklər.

26 aprel 2019    12:04
139

DEPUTATIMIZ QAZAXISTANDA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprelin 22-də Qazaxıstana səfər edəcək. Millət vəkili Nur Sultan şəhərində keçiriləcək “Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regionalsimpoziumda iştirak edəcək.

20 aprel 2019    12:04
164

NATO PA-nın SEMİNARINDA

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 24-də Belçikanın paytaxtı Brüsselə səfərə gedəcəklər.

19 aprel 2019    05:04
146

NATO PA-nın 99-cu ROUZ-ROUT SEMİNARINDA

Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 99-cu Rouz-Rout seminarında, həmçinin Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun birgə tədbirlərində iştirak etmək üçün aprelin 11-dən 14-dək Türkiyənin Antalya şəhərində səfərdə olacaq.

10 aprel 2019    03:04
144

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ukrayna, Polşa və Qazaxıstanda sabiq fövqəladə və səlahiyyətli səfiri Zhou Xiaopinin başçılıq etdiyi Çin nümayəndə heyəti ilə görüşdü.

06 aprel 2019    02:04
145

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 7-dən 14-dək Strasburqda səfərdə olacaqlar.

05 aprel 2019    04:04
140

ATƏT PA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

05 aprel 2019    02:04
140

DEPUTATLARIMIZ QƏTƏRƏ SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin deputatları Kamran Bayramov, Şahin İsmayılov və Sona Əliyeva Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında iştirak etmək üçün aprelin 6-da Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfərə gedecəklər.

05 aprel 2019    01:04
130

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 1-də Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşdü.

01 aprel 2019    05:04
136

DEPUTATIMIZ BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Daimi komitəsinin toplantısında iştirak etmək üçün aprelin 1-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

29 mart 2019    06:03
128

DEPUTATLARIMIZ SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏK

Milli Məclisin deputatları Naqif Həmzəyev Azər Kərimli və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün Kiyev şəhərinə səfərə gedəcək.

27 mart 2019    10:03

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.