Ana səhifə  /  XƏBƏRLƏR
145

DEPUTATIMIZ MOLDOVADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Sabir Haciyev fevralın 21-də Moldova Respublikasının paytaxtı Kişineu şəhərinə səfərə gedəcək.

20 fevral 2019    12:02
149

MİLLİ MƏCLİSDƏ “KÖNÜLLÜLƏR PARLAMENTİ-AZƏRBAYCAN, 2019” LAYİHƏSİNİN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

Fevralın 20-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı və komitənin üzvü Elşən Musayev Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüş keçirdilər.

20 fevral 2019    04:02
146

ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 23-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqdır.

19 fevral 2019    11:02
165

BMT-nın PARLAMENT DİNMƏLƏRİNDƏ İŞTİRAKDEPUTATLARIMIZ EDƏCƏKLƏR

Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatında “Multilateralizmə qarşı problemlərə parlamentlərin cavabı” mövzusunda parlament dinləmələrində iştirak etmək üçün fevralın 19-da ABŞ-ın Nyu York şəhərinə səfərə gedəcəklər.

18 fevral 2019    05:02
144

DEPUTATLARIMIZ AVSTRALİYAYA SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər.

14 fevral 2019    04:02
139

BALTİK ASSAMBLEYASININ KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, enerqetika və innovasiya, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 14-dən 16-dək Latviyanın paytaxtı Riqada səfərdə olacaq.

13 fevral 2019    03:02
127

DEPUTATIMIZ RUSİYALI HƏMKARLARI İLƏ GÖRÜŞƏCƏK

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli fevralın 13-də Rusiyanın paytaxtı Moskvaya səfərə gedəcək.

12 fevral 2019    02:02
133

DEPUTATIMIZ AVROPADA BİR SIRA GÖRÜŞLƏR KEÇİRƏCƏK

Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev fevralın 12-də Londona səfər edəcək. Burada millət vəkili Böyük Britaniya parlamentinin üzvləri, habelə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri ilə bir sıra görüşlər keçirəcək.

11 fevral 2019    06:02
128

AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISINDA

Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün fevralın 5-də Türkiyənin İstanbul şəhərinə səfərə gedəcək.

04 fevral 2019    05:02
132

AVRONEST PA-nın KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Tahir Mirkişili qurumun komitələrinin iclaslarında iştirak etmək üçün yanvarın 26-da Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

25 yanvar 2019    05:01
159

AZƏRBAYCAN – SƏUDİYYƏ ƏRƏBİSTANI DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR

Yanvarın 21-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı parlamentinin nümayəndə heyəti ilə görüşü oldu. Qonaqları salamlayan işçi qrupun rəhbəri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söz açdı. Bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.

21 yanvar 2019    03:01
214

DEPUTATIMIZ LONDONDA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev yanvarın 19-da Londona səfər edəcək.

18 yanvar 2019    04:01
130

TÜRKPA-nın TƏDBİRİNDƏ

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkdilli Ölkələrin Parlament Assambleyasının “Meşələrin təbii sərvətlərinin qorunması və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” mövzusuna həsr olunmuş seminarında iştirak etmək üçün yanvarın 21-dən Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

18 yanvar 2019    03:01
134

AŞPA-nın QIŞ SESSİYASINDA

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.

18 yanvar 2019    02:01
157

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Dekabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirildi. Azərbaycan parlamentində Dünya Bankının təmsilçiləri ilə görüşü təqdirəlayiq hal kimi dəyərləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, müstəqilliyin ilk illərindən etibarən ölkəmizlə bu qurum arasında çox sıx əlaqələr qurulub, əməkdaşlıq ildən-ilə möhkəmlənib.

21 dekabr 2018    06:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.