Ana səhifə  /  XƏBƏRLƏR
132

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İCRAİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 6-dan 8-dək İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək. Komitədə təşkilati məsələlərlə yanaşı Qurumun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müəyyənləşdiriləcək.

02 oktyabr 2017    12:10
158

ATƏT PA-nın PAYIZ SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.

29 sentyabr 2017    06:09
131

NİKOLA BRÜL: “Azərbaycan İsveçrə üçün əhəmiyyət kəsb edən tərəfdaşdır”

Sentyabrın 27-də Milli Məclis Sədrinin müavini, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova İsveçrə Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları səmimi salamlayan Bahar Muradova Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu dedi.

27 sentyabr 2017    02:09
136

DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası çərçivəsində keçiriləcək seminarda iştirak etmək üçün sentyabrın 27-dən Macarıstanın paytaxtı Budapeşdə səfərdə olacaq.

27 sentyabr 2017    01:09
140

NATO-NUN XÜSUSİ NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 26-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO-da daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşdü. Qonağı səmimi salamlayan Ziyafət Əsgərov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-NATO əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini söylədi.

26 sentyabr 2017    07:09
138

ATƏT PA-nın XÜSUSİ NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 26-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninlə görüşdülər.Qonaqları komitənin sədr müavini Sevinc Fətəliyeva salamlayaraq Azərbaycanın beynəlxalq qurumlarla əlaqələrinin inkişafından son zamanlar bu münasibətlərin dərinləşməsindən danışdı.

26 sentyabr 2017    07:09
133

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputat Cavanşir Feyziyev “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransında iştirak etmək üçün sentyabrın 23-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

22 sentyabr 2017    06:09
122

AŞPA-nın KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaqlar.

16 sentyabr 2017    12:09
126

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün sentyabrın 17-dən 20-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

15 sentyabr 2017    07:09
125

ATƏT-in TƏDBİRİNDƏ

Milli Məclisin deputatı Rövşən Rzayev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan ölçüsü üzrə növbəti illik görüşü çərçivəsində qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunan işçi sessiyasında iştirak etmək üçün sentyabrın 17-dən Polşanın paytaxtı Varşavada səfərdə olacaq.

14 sentyabr 2017    06:09
128

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Sentyabrın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çyunq Txi Mayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

12 sentyabr 2017    06:09
125

DEPUTATIMIZ AVRONEST PA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyassında nümayəndə heyətinin rəhbəri Fuad Muradov, Avronest PA-nın Büro və Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Avronest PA-ya üzv ölkələri ilə birgə iclaslarında iştirak etmək üçün sentyabrın 12-dən 17-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq.

11 sentyabr 2017    06:09
113

DEPUTATLARIMIZ RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün sentyabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

11 sentyabr 2017    03:09
115

ATƏT PA-NIN SƏDRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 8-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin ölkəmizdə səfərdə olan qurumun sədri Kristin Muttone ilə görüşü oldu. Qonağı salamlayan Milli Məclis Sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova qeyd etdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verir. O, ATƏT-Azərbaycan əməkdaşlığından, regionda gedən proseslərdən söz açdı, bütün sahələrdə inkişaf edən ölkəmizlə qurum arasında əməkdaşlıq barədə fikirlərini bildirdi.

08 sentyabr 2017    05:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.