Ana səhifə  /  XƏBƏRLƏR
123

KOREYA MİLLİ ASSAMBLEYASININ ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 6-da Milli Məclisin Koreya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.Qonaqları salamlayan qrupun rəhbəri, deputat Malik Həsənov xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açdı, Koreya ilə münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı.

06 sentyabr 2017    06:09
114

AŞPA-nın BÜRO VƏ KOMİTƏ İCLASLARINDA

Sentyabrın 4-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək.

31 avqust 2017    05:08
116

MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Səfər çərçivəsində deputatımız “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.

24 avqust 2017    04:08
152

KOREYA MİLLİ ASSAMBLEYASININ ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

Avqustun 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının deputatı Li Ju Yanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Sevinc Fətəliyeva xalqlarımız arasındakı dostluq münasibətlərinin 25 illik tarixindən söz açdı. O, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçısı olan qonaqlara Azərbaycanın inkişafı, ölkəmizdə Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əlaqələrin perspektivləri barədə ətraflı məlumat verdi.

17 avqust 2017    05:08
131

MİLLİ MƏCLİSDƏ KOREYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Avqustun 15-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşdü.

16 avqust 2017    11:08
162

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Avqustun 16-da Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Polşa Respublikasının təhsil naziri xanım Anna Zalevskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

16 avqust 2017    07:08
216

BMT BAŞ MƏCLİSİNİN XÜSUSİ SESSİYASINDA

İyulun 19-da Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.

18 iyul 2017    03:07
129

Deputatlarımız Alxanlı kəndinə səfər ediblər

İyulun 13-də Milli Məclis rəhbərliyinin tapşırığına əsasənSədrin müavini, ATƏT PA-da nümayəndə heyətimizin başçısı Bahar Muradovanın rəhbərliyi ilə bir qrup deputatımız – təşkilatın vitse-prezidenti Azay Quliyev, qurumda nümayəndə heyətimizin üzvləri: Kamran Nəbizadə, Elşad Həsənov, Tahir Mirkişili və digər rəsmi şəxslər Milli Məclis adındanFüzuli rayonunun Alxanlı kəndinə səfər ediblər.

14 iyul 2017    12:07
128

İƏTPİ-nin BAŞ KATİBİ BƏYANATLA ÇIXIŞ EDİB

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Baş Katibi Prof. Mahmud Erol Kılıç Fizuli rayonun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat vermişdir.

13 iyul 2017    10:07
237

PARLAMENT GÖRÜŞLƏRİ

İyulun 6-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Avstriyalı qonaqlar Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşdülər.

06 iyul 2017    07:07
235

AVSTRİYA PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

İyulun 6-da Avstriya ilə dostluq qrupunun rəhbəri Cavid Qurbanov ölkəmizdə səfərdə olan Avstriya Parlamentinin deputatları ilə görüşdü.Cavid Qurbanov qonaqları səmimi salamlayaraq bildirdi ki, Azərbaycanla Avstriya əlaqələri hələ ilk Demokratik Respublikanın mövcud olduğu vaxtlardan da qədimdi. Millət vəkili qonaqlara Milli Məclisin fəaliyyəti, qəbul edilən qanunlar barədə ətraflı məlumat verdi.

06 iyul 2017    06:07
126

AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ NATO PA-nın 95-ci ROUZ-ROUT SEMİNARINDA ÇIXIŞ EDİB

Xəbər verildiyi kimi, cari il iyulun 3-də Kiyevdə NATO Parlament Assambleyasının 95-ci Rouz-Rout seminarı işinə başlamışdır. Ukrayna Ali Radası ilə birgə keçirilən “Təhlükəsiz, sabit Ukraynaya doğru və Qara Dəniz regionu” adlı bu tədbirdə iştirak edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov gündəlikdəki məsələlər ətrafinda çıxışlar edərək, Qara Dəniz regionunda Azərbaycanın oynadığı vacib roldan söz açmış və auditoriyanın diqqətini regionun təhlükəsizliyinə ölkəmizin verdiyi sanballı töhfələrə çəkmiş, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin mahiyyətini bir daha tədbirdə səsləndirmişlər.

05 iyul 2017    05:07
119

ATƏT PA-nın 26-cı İLLİK SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaqlar.

03 iyul 2017    03:07
231

BOLQARISTAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

İyunun 30-da Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin Büdcə və Maliyyə üzrə komissiyanın sədri Menda Stojanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.

30 iyun 2017    06:06
111

PARLAMENT GÖRÜŞLƏRİ

İyunun 30-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bolqarıstan Parlamentinin Büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.* * *Həmin gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Bolqarıstan Parlamentinin nümayəndə heyəti ilə görüşdü.

30 iyun 2017    06:06
236

NATO PARLAMENT ASSAMBLEYASININ SEMİNARINDA

İyulun 3-dən 5-dək Kiyevdə NATO Parlament Assambleyasının 95-ci Rouz-Rout seminarı keçiriləcəkdir. Seminarda Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

30 iyun 2017    02:06
112

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 25-dən iyulun 2-dək Strasburqda səfərdə olacaqlar.

22 iyun 2017    10:06
115

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Serbiyanın yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçin iyunun 23-də paytaxt Belqradda keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib. ***Milli Məclisin deputatı Ağalar Vəliyev Avronest Parlament Assambleyasının Belarus üzrə işçi qrupu və Avropa Parlamentinin Belarus ilə əlaqələr üzrə nümayəndə heyətinin birgə iclasında iştirak etmək üçün iyunun 28-29-da Belçikada səfərdə olacaq.

22 iyun 2017    05:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.