Ana səhifə  /  XƏBƏRLƏR
147

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 21-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.

21 fevral 2017    05:02
164

DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Muxtar Babayev Mərkəzi, Şərqı Avropa və Mərkəzi Asiya ölkələrinin Parlamentləri üçün Davamlı İnkişaf Məqsədləri üzrə regional seminarda iştirak etmək üçün fevralın 22-də Macarıstanın paytaxtı Budapeştə səfərə gedəcək.

21 fevral 2017    02:02
140

UKRAYNA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

Fevralın 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər. Qonaqları səmimi salamlayan millət vəkili, işçi qrupun rəhbəri Rüfət Quliyev ölkələrimizin müxtəlif sahələrdə çoxtərəfli faydalı əməkdalığından geniş söz açdı.

20 fevral 2017    05:02
118

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev QDİƏT Parlament Məclisinin daimi komitəsinin xüsusi iclasında və qurumun reqlament üzrə işçi qrupunun iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Türkiyədə səfərdə olacaqlar. ***Milli Məclisin deputatları Adil Əliyev və Naqif Həmzəyev ölkəmizin Qazaxıstandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədi ilə fevralın 21-dən 23-dək qardaş ölkənin paytaxtı Astana şəhərində səfərdə olacaqlar.

20 fevral 2017    05:02
110

XOCALI SOYQIRIMININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏRDƏ

Fevralın 22-də Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov iştirak edəcək.

20 fevral 2017    04:02
103

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatları - Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Rasim Musabəyov və Şahin İsmayılov Avronest Parlament Assambleyasının Şərq tərəfdaşlığı ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin görüşündə və Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında, eləcə də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün fevralın 19-dan 22-dək Kiyevdə səfərdə olacaqlar.

18 fevral 2017    12:02
113

DEPUTATLARIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov “Fələstin xalqına dəstək” adlı 6-cı beynəlxalq konfransda iştirak etmək üçün fevralın 20-də İran İslam Respublikasının paytaxtı Tehrana səfərə gedəcəklər.

17 fevral 2017    05:02
138

DEPUTATIMIZ XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Rövşən Rzayev Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 20-də Fransaya sonra isə Bosniya və Herseqovinaya səfər edəcək. Millət vəkili Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təşkil olunmuş “Xocalı soyqırımı həqiqətləri” adlı konfransda iştirak edəcək.

17 fevral 2017    05:02
116

AVSTRALİYADA XOCALI SOYQIRIMI ANILACAQ

Milli Məclisin deputatları Xanlar Fətiyev və Asim Mollazadə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 18-də Avstraliyaya səfər edəcəklər.

17 fevral 2017    03:02
127

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

Fevralın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avropa Birliyinin TVİNNİNQ layihəsi çərçivəsində Azərbaycana ezam olunmuş avstriyalı ekspertlər Herbert Paulişin, Olqa Zeçner və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qven Börçellə görüşdü. Komitə sədri bildirdi ki, görüşün məqsədi qonaqların “Sosial xidmət haqqında” qanunun mahiyyəti ilə əlaqədar bəzi məsləhətləşmələr aparmaq istəyidir.

16 fevral 2017    05:02
118

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 10-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-Vensen Plasen və Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani ilə görüşdülər.

10 fevral 2017    05:02
134

BQXK MANDATINA UYĞUN HUMANİTAR FƏALİYYƏT GÖSTƏRİR

Yanvarın 26-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Elena Aymone Sessera ilə görüşdü. Azərbaycanla BQXK-nin əlaqələrindən söz açan vitse-spiker qurumun münaqişə bölgələrindəki fəaliyyətinə toxundu, Qırmızı Xaç Komitəsi işçilərinin dünyanın hər yerində qaçqın və məcburi köçkünlərə, əsir və itkin düşənlərə göstərdikləri qayğıdan danışdı. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş soydaşlarımızın aqibətini önə çəkdi.

26 yanvar 2017    04:01
110

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 22-dən 28-dək Strasburqda səfərdə olacaqlar.

24 yanvar 2017    12:01
112

İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ TƏDBİRLƏRİNDƏ

Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 12-ci sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.

19 yanvar 2017    05:01
136

ÇEXİYANIN SƏNAYE VƏ TİCARƏT NAZİRİ MİLLİ MƏCLİSDƏ OLDU

Yanvarın 18-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən vitse-spiker vurğuladı ki, Şərqi Avropa ölkələri arasında münasibətlərə nəzər salsaq, coğrafi mövqelərin uzaqlığına baxmayaraq Azərbaycan-Çexiya əlaqələri hər zaman yüksək səviyyədə olub.

18 yanvar 2017    02:01
107

LÜKSEMBURQDA GÖRÜŞLƏR

Lüksemburq parlamentinin rəsmi dəvəti ilə Milli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti yanvarın 18-dən 20-dək bu ölkədə səfərdə olacaq.

17 yanvar 2017    06:01

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.