Ana səhifə  /  XƏBƏRLƏR
294

Gürcüstan parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,abidə önünə tər çiçəklər düzüb.

22 aprel 2024    16:15
271

Milli Məclisin deputatı Cenevrədə səfərdə olacaq

Milli Məclisin deputatı Anar Məmmədov “Türk həftəsi” çərçivəsində TÜRKPA-nın digər türk əməkdaşlıq təşkilatları ilə birgə təşkil etdiyi tədbirlərdə və konfransda iştirak etmək üçün aprelin 22-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.

22 aprel 2024    15:15
225

Milli Məclisin deputatları Tailandda səfərdə olacaqlar

Milli Məclisin deputatları – Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Rauf Əliyev, Müşfiq Cəfərov “Tailand-Azərbaycan parlamentlərarası münasibətlərin gücləndirilməsi və Tailand-Azərbaycan ticarət imkanları 2024” layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün aprelin 21-də Tailandın paytaxtı Banqkok şəhərinə səfər edəcəklər.

20 aprel 2024    11:28
804

Milli Məclisin plenar iclasında

Aprelin 19-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

19 aprel 2024    18:23
201

Milli Məclisin deputatı ATƏT-in iclasında iştirak edəcək

Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in insan ölçüsü istiqaməti üzrə keçiriləcək “Beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının təşviqində və qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda iclasında iştirak etmək üçün aprelin 21-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.

19 aprel 2024    15:46
432

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

Aprelin 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib. Komitənin sədri Səməd Seyidov diqqətə çatdırıb ki, iclasın gündəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş 2 məsələ daxil edilib.

19 aprel 2024    14:58
327

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib

Aprelin 18-də ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair Milli Məclisdə mətbuat konfransı keçirilib.

18 aprel 2024    19:57
279

MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasında

Aprelin 18-də MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri - MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov, komissiyanın üzvü Anatoliy Rafailov iştirak ediblər.

18 aprel 2024    18:48
202

Deputatımız QDİƏT PM-nin komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin 63-cü iclasında iştirak etmək üçün aprelin 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.

18 aprel 2024    17:55
484

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ilə görüşüb

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

18 aprel 2024    17:42
435

“Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda dinləmə keçirilib

Aprelin 17-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə deputatların, Səhiyyə nazirinin müavininin, Ekologiya və təbii sərvətlər nazirinin müavininin, Kənd təsərrüfatı nazirinin müavininin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavininin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının rəhbərinin müavininin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ”Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmə keçirilib.

17 aprel 2024    18:10
404

Komitələrin birgə iclasında

Aprelin 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib.

17 aprel 2024    17:56
179

TÜRKPA-nın komissiya iclasında

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və deputat Ağalar Vəliyev aprelin 17-də TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə” mövzusunda keçiriləcək 11-ci iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.

16 aprel 2024    15:43
438

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Aprelin 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə birinci oxunuşda 5 məsələnin daxil edildiyini söyləyib.

16 aprel 2024    14:32

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.