
Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Parlamenti Federal Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya rəsmi səfəri çərçivəsində iyunun 21-də Avstriya Respublikası Parlamenti Federal Şurasının sədri Günter Kovaks ilə görüşüb.

MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında
Milli Məclisin deputatı İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün iyunun 22-də Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər edəcək.
_1687333248.jpg)
Milli Məclisin nümayəndə heyəti Vyanada İmperial Xəzinə Muzeyində olub
Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Şurasının sədri Volfqanq Sobotka ilə birlikdə paytaxt Vyanada yerləşən İmperial Xəzinə Muzeyində olublar.

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Avstriyadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Avstriya Respublikasında rəsmi səfərdədir.
Səhiyyə komitəsinin iclasında
İyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Bunlar - birinci oxunuşda olan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və ikinci oxunuşda olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.
_1687271353.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikası Milli Şurasının Sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində iyunun 20-də bu ölkənin Milli Şurasının Sədri Volfqanq Sobotka ilə görüşüb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
İyunun 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə rəsmi səfərə gəlib.

AŞPA-nın yay sessiyasında
Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Vitse-spiker Adil Əliyev Mərakeş Krallığının hər iki palatasının sədrləri ilə görüşüb
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami və Müşavirlər Palatasının sədri Naam Mayara ilə görüşüb.

Milli Məclisin iclasında
İyunun 16-da Milli Məclisin spiker Sahibə Qafarovanın sədrliyi ilə 2023-cü ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

Azərbaycanın multikulturalizm ənənələri Berlində təbliğ olunacaq
Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək.

Deputatlar Bolqarıstana səfər edəcəklər
Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə iyunun 19-da Bolqarıstanın Sofiya şəhərinə səfər edəcəklər.

Vitse-spiker Adil Əliyev Qambiya Milli Assambleyasının sədri ilə görüşüb
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qambiya Respublikası Milli Assambleyasının sədri Fabakari Tombonq Catta ilə görüşüb.

Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunan instalyasiya, fotoalbom və film təqdim edilib
Milli Qurtuluş Günü ərəfəsində - iyunun 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və bir neçə təqdimatı özündə birləşdirən tədbir keçirilib.
_1686756647.jpeg)
Milli Məclisin növbədənkənar sessiyasının Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında
İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən iclasımız taleyüklü bir hadisənin ildönümü ərəfəsində keçirilir. Sabah xalqımız Ulu Öndərin qəhrəmanlığını və fədakarlığını təcəssüm etdirən Milli Qurtuluş Gününün 30-cu ildönümünü dərin ehtiramla qeyd edəcəkdir.
_1686748065.jpeg)
Vitse-spiker Adil Əliyev Tanzaniya Milli Assambleyasının sədri ilə görüşüb
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 13-də Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri xanım Tulia Akson ilə görüşüb.
_1686730417.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar Ulu Öndərin məzarını ziyarət ediblər
Azərbaycan xalqının Milli Qurtuluş Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin deputatları və parlament Aparatının məsul əməkdaşları iyunun 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Özbəkistan nümayəndə heyəti ilə görüşdə
İyunun 13-də Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Bobur Usmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin növbəti iclası keçirilib
İyunun 13-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyada daha bir iclası keçirilib.