Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
412

Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda millət vəkili secicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat" kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

22 may 2020    09:05
339

Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib

Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib. Videoqəbulda millət vəkili secicilərin orta məktəb binalarının və uşaq evi-bağçaların təmiri, sakinlərin içməli su ilə təminatı, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, Atabəy kəndinin qazlaşdırılması, bəzi kəndlərdə aralıq su kanallarının təmiri və betonlaşdırılması, gənclərlə bağlı layihələrin reallaşdırılması və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, millət vəkili S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Hazırda isə həmin məsələlər müvafiq Dövlət Proqramında öz əksini tapıb.

20 may 2020    05:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.