Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
326

Zəfər Günü münasibətilə Milli Məclisə təbrik məktubları gəlməkdə davam edir

Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının birinci ildönümü – Zəfər Günü münasibəti ilə Milli Məclisə ünvanlanan təbrik məktublarında dostluq duyğuları ifadə olunur, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulanır, ölkəmizin haqlı mübarizəsində qazandığı Qələbə – Azərbaycanın əzəli torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü təmin etməsi dəstəklənir.

09 noyabr 2021    13:51
295

Qazaxıstan Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Milli Məclis sədrinin müavini Adil Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Qazaxıstan Respublikasının Parlamenti Məclisi sədrinin müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Balaim Kesebayeva Azərbaycan Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevə 8 noyabr – Zəfər Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

08 noyabr 2021    18:21
328

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanlandığı məktubda Azərbaycanın Vətən müharibəsində qələbəsi - Zəfər Günü münasibətilə dost və qardaş Azərbaycan xalqını türk milləti adından və şəxsən öz adından təbrik edib.

08 noyabr 2021    17:16
305

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx Azərbaycan xalqını təbrik edib

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx tərəfindən daxil olan məktubda o, Azərbaycanın dostu kimi bugünlərdə qeyd etdiyimiz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə təbriklərini çatdıraraq, bunun ölkəmizin həyatında mühüm və qürurverici mərhələ olduğunu söyləyib. O, son 30 il ərzində xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən, dövlətimizin tərəqqisindən məmnunluğunu ifadə edib.

08 noyabr 2021    14:26
330

İtaliya senatorları ərazi bütövlüyümüzün bərpasının birinci ildönümünü sevinclə qarşılayırlar

Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının birinci ildönümü münasibəti ilə İtaliya senatorları – Deputatlar Palatasının üzvü, ATƏT PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, İtaliya Senatında hakim “5 Ulduz Hərəkatı” Partiyasından olan senator Canluka Kastaldi və Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayaraq ən xoş arzularını bildiriblər.

08 noyabr 2021    14:23
443

İtaliyada Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə İtaliyadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli noyabrın 7-də Roma şəhərinə yola düşəcək.

07 noyabr 2021    12:30

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.