Milli Məclisdə Pakistan parlamentinin deputatı ilə görüş
Dekabrın 7-də Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü Sərdar Əmmar Əhməd Xan Leqhari ilə görüşüb.
_1733578633.jpeg)
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib
Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir
Dekabrın 7-də Milli Məclisin Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Qulzoda ilə görüşüb.

Beynəlxalq parlament konfransının iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət ediblər
Dekabrın 7-də ölkəmizdə səfərdə olan “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusundakı beynəlxalq parlament konfransının iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Dekabrın 6-da Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkında olublar
Dekabrın 6-da Milli Məclisdə keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkını ziyarət ediblər. Qonaqlara Zəfər parkı barədə məlumat verilib.
_1733491765.jpeg)
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Dekabrın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclasda 3 məsələnin müzakirə ediləcəyini deyib.

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
Dekabrın 6-dan 8-dək Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək.
_1733479982.jpeg)
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini söyləyib.

İnsan hüquqları komitəsinin iclasında
Dekabrın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

Asiya Parlament Assambleyasının komitə iclasında
Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
Milli Məclisin deputatları Türkiyədə və İspaniyada səfərdə olacaqlar
Dekabrın 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və deputat Məlahət İbrahimqızı Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə
Dekabrın 4-də Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov ölkəmizdə səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Milli Məclisdə görüş
Dekabrın 4-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında
Dekabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini bildirib.

Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə olunaraq qəbul edilib
Dekabrın 3-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri iştirak ediblər.

ATƏT-in tədbirlərində
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 3-də Malta Respublikasının Valetta şəhərinə səfər edəcək.
_1733143558.jpeg)
Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib
Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.