Ana səhifə  /  XƏBƏRLƏR
233

Vitse-spiker Adil Əliyev Mərakeşdə səfərdədir

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Kasablanka şəhərində Mərakeşin Boks Federasiyasının prezidenti Abdelkarim El Hilali və Taekvondo Federasiyasının prezidenti Driss El-Hilali ilə görüşüb.

13 iyun 2023    16:43
242

Parlamentdə ictimai dinləmə keçiriləcək

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçiriləcək.

08 iyun 2023    16:59
320

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin 29-cu sədri Mustafa Şentopa məktub ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin 29-cu sədri Mustafa Şentopa məktub ünvanlayıb. Spiker, məktubda Mustafa Şentopun TBMM-in sədri kimi fəaliyyəti dövründə qardaş ölkə parlamentinin əldə etdiyi uğurları qeyd edərək, bu dövrdə qardaş ölkələrimizin ali qanunvericilik orqanları arasındakı əlaqələrin daha da inkişaf etdiyini və keyfiyyətcə yeni səviyyəyə çatdığını vurğulayıb.

08 iyun 2023    15:55
332

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb. Məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.

08 iyun 2023    15:37
395

Deputatlar Amerika Birləşmiş Ştatlarına səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərinə səfər edəcəklər.

08 iyun 2023    12:59
519

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilib. İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.

07 iyun 2023    18:24
981

Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

İyunun 6-da Milli Məclisin 2023-cü il növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

06 iyun 2023    18:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.