Ana səhifə  /  XƏBƏRLƏR
355

Türkiyənin millət vəkilləri Azərbaycanın Zəfərindən qürur duyur

Noyabrın 11-də Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

11 noyabr 2021    16:39
1454

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə zərfinin müzakirəsi başlandı

Noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan 4 qanun layihəsi – “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

10 noyabr 2021    18:30
313

Zəfər Günü münasibətilə Milli Məclisə təbrik məktubları gəlməkdə davam edir

Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının birinci ildönümü – Zəfər Günü münasibəti ilə Milli Məclisə ünvanlanan təbrik məktublarında dostluq duyğuları ifadə olunur, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulanır, ölkəmizin haqlı mübarizəsində qazandığı Qələbə – Azərbaycanın əzəli torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü təmin etməsi dəstəklənir.

09 noyabr 2021    13:51
284

Qazaxıstan Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Milli Məclis sədrinin müavini Adil Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Qazaxıstan Respublikasının Parlamenti Məclisi sədrinin müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Balaim Kesebayeva Azərbaycan Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevə 8 noyabr – Zəfər Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

08 noyabr 2021    18:21

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.