Ana səhifə  /  XƏBƏRLƏR
317

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanlandığı məktubda Azərbaycanın Vətən müharibəsində qələbəsi - Zəfər Günü münasibətilə dost və qardaş Azərbaycan xalqını türk milləti adından və şəxsən öz adından təbrik edib.

08 noyabr 2021    17:16
280

Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Pakistan Parlamenti Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Senatın sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə Pakistan xalqı, Senatı və şəxsən öz adından səmimi təbriklərini çatdırıb.

08 noyabr 2021    15:54
294

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx Azərbaycan xalqını təbrik edib

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx tərəfindən daxil olan məktubda o, Azərbaycanın dostu kimi bugünlərdə qeyd etdiyimiz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə təbriklərini çatdıraraq, bunun ölkəmizin həyatında mühüm və qürurverici mərhələ olduğunu söyləyib. O, son 30 il ərzində xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən, dövlətimizin tərəqqisindən məmnunluğunu ifadə edib.

08 noyabr 2021    14:26
320

İtaliya senatorları ərazi bütövlüyümüzün bərpasının birinci ildönümünü sevinclə qarşılayırlar

Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının birinci ildönümü münasibəti ilə İtaliya senatorları – Deputatlar Palatasının üzvü, ATƏT PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, İtaliya Senatında hakim “5 Ulduz Hərəkatı” Partiyasından olan senator Canluka Kastaldi və Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayaraq ən xoş arzularını bildiriblər.

08 noyabr 2021    14:23
1033

Ordubad rayonunun şəhidləri yad edilib

Ordubad rayonunda Azadkənd, Darkənd və Düylün kəndlərindən olan şəhidlər - baş leytenant Namiq Həsən oğlu Xəlillinin, leytenant İntiqam Allahverdi oğlu Abdullayevin, leytenant Mətin Ramiz oğlu Hüseynovun və MAHHXHQ əsgəri Saday Rza oğlu Məmmədəliyevin anım mərasimləri keçirilib.

07 noyabr 2021    11:17
436

Deputat Rəşad Mahmudov Astara rayonunda şəhidlərin anım günlərində iştirak edib

Deputat Rəşad Mahmudov 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Astaranın Məsidməhəllə kəndinin yetirməsi, polkovnik-leytenant Orucov Nail Rəfail oğlunun anım günündə iştirak edib, ailə üzvlərinə başsağlığı verib. Bildirib ki, şəhidimizin yadigar qalmış üç oğlu onun bizlərə əmanətidir. Şəhidlərimizin ailələrini hər cür qayğı ilə əhatə etmək bizim müqəddəs borcumuzdur.

06 noyabr 2021    15:11
276

Peru konqresmeni Xose Enrike Ceri Ore Azərbaycan şəhidlərinə ehtiramını bildirib

Azərbaycan xalqını Zəfər Gününə qovuşduran, Vətən müharibəsində Qələbəni təmin edən igidlərin hünəri, şəhidlərin xatirəsi ölkəmizin hüdudlarından uzaqlarda da ehtiram qazanıb. Respublikaçı konqresmen, SOMOS PERU parlament qrupunun üzvü Xose Enrike Ceri Ore Azərbaycanın Perudakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbova ünvanladığı məktubda Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını Azərbaycan xalqına çatdırmağı rica edib.

06 noyabr 2021    14:47
243

Deputatımız Türkiyəyə səfərə gedəcək

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev noyabrın 8-dən ATƏT PA-nın Prezidenti Marqareta Sedelfertin rəhbərliyi ilə Türkiyədə rəsmi səfərdə olacaq.

06 noyabr 2021    14:18
268

Ankarada “Qarabağ Zəfəri: Həkim gözü ilə qardaşlıq dastanı” adlı təntənəli tədbir keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyinin Azərbaycanlı Həkimlər Dərnəyi bu ölkənin Sağlıq Bilimləri Universitetində “Qarabağ Zəfəri. Həkim gözü ilə qardaşlıq dastanı” adlı tədbir keçirib. Sağlıq Bilimləri Universiteti ilə birgə təşkil olunan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

06 noyabr 2021    13:27
1288

Vətən müharibəsi qazisi Milli Məclisdə işlə təmin olunub

Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonrakı dövrdə də ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.

05 noyabr 2021    20:19
273

Xarici ölkələrdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirlər davam edir

Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə İspaniyadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 7-dən İspaniya Krallığının paytaxtı Madrid şəhərində səfərdə olacaqlar.

05 noyabr 2021    19:34
3725

Milli Məclisdə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul olundu

Noyabrın 5-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu iclas Azərbaycan tarixinin şanlı hadisəsi ərəfəsində keçirilir, noyabrın 8-də xalqımız 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizi təcəssüm etdirən Zəfər Gününü qeyd edəcək.

05 noyabr 2021    18:47
361

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına məktub ünvanlayıb

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşır Feyziyevə məktub ünvanlayıb.

05 noyabr 2021    18:17

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.