Deputatlar İsrailə səfər edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Bəyanatı
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi Avropa Parlamentinin Aİ-Azərbaycan əlaqələrinə dair 15 mart 2023-cü ildə qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır.
Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün martın 16-da bu ölkənin paytaxtı Astana şəhərinə səfər edəcək.
Dağıstan parlamentariləri ilə görüşdə
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və parlamentin Elm və təhsil komitəsinin üzvləri martın 15-də Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
VII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunda
Martın 15-də VII Sankt-Peterburq Beynəlxalq Əmək Forumu çərçivəsində hibrid formatda təşkil olunmuş beynəlxalq konfrans keçirilib.
Dağıstan parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 15-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
AŞPA-nın tədbirlərində
Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün martın 15-də Mərakeş Krallığının Mərakeş şəhərinə, martın 27-də isə İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfər edəcək.
MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək
Milli Məclisin deputatı Emin Hacıyev MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 20-ci iclasında iştirak etmək üçün martın 15-dən 17-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.
AŞPA-nın komitə iclaslarında
Martın 15-dən 23-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Hüquqi məsələlər və insan hüquqları, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək.
Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər
Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında
Martın 10-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib
Martın 9-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında onuncu iclası keçirilib.
Deputatımız MDB PA-nın komissiya iclasında iştirak edəcək
Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Milli Məclisdə görüş
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Milli Məclisdə Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Koreya Respublikası Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədri Kim Te-honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib
Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib. İclası açan Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Martın 6-da ölkəmizdə səfərdə olan TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar.
Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda dinləmə keçirilib
Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.