MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 12-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. 32 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələrinin buraxılmasıyla əlaqədar Milli Məclis adından TBMM-in sədri Binəli Yıldırıma və Türkiyə Böyük Millət Məclisinə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, həmin sikkələr Milli Məclisin deputatlarına təqdim olunub. İclasda cari məsələlərlə bağlı çıxış edən deputatlar da bu məsələyə toxundular və qardaş ölkənin Böyük Millət Məclisinə minnətdarlıqlarını bildirdilər.
MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI
Fevralın 1-də Milli Məclisin 2019-cu ildəki ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdi və Dövlət Himni səsləndirildi. Gündəliyin təsdiqindən sonra Oqtay Əsədov millət vəkillərini yaz sessiyasının başlanması münasibəti ilə təbrik etdi. Spiker diqqətə çatdırdı ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətə uyğun olaraq quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI
Dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə 52 məsələdən ibarət gündəlik təsdiqləndi.
MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCAN PARLAMENTARİZMİ TARİXİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
Dekabrın 28-də Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın təqdimat mərasimi keçirildi. MərasimdəMilli Məclisin Sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, Sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatları və KİV nümayəndələri iştirak edirdilər. Parlamentin Spikeri Oqtay Əsədovun elmi məsləhətçiliyi və redaktorluğu, Milli Məclisin Sədr müavini Bahar Muradovanın, deputat, AMEA-nın müxbir üzvü Musa Qasımlının, tarixçi-alim Vasif Qafarovun müəllifliyi ilə hazırlanan kitabın təqdimat mərasimini giriş sözü ilə Bahar Muradova açdı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 18-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevə söz verdi.Çıxış edən Cavanşir Feyziyev dekabrın 11-12-də Avropa Parlamentində keçirilən ilin son iclasları və qəbul edilən qətnamənin məzmunundan söz açdı.
YAPONİYA PARLAMENTİNİN DEPUTATI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB
Bakıda iki gün davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı, Yaponiya parlamentinin üzvü Masanobu Ogura dekabrın 16-da Şəhidlər xiyabanında olub.
MİLLİ MƏCLİSDƏ KEÇİRİLƏN PARLAMENTLƏRARASI İTTİFAQIN GƏNC PARLAMENT ÜZVLƏRİNİN KONFRANSI BAŞA ÇATDI
Dekabrın 15-də Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransı üçüncü sessiyada “Güclü gələcək: sabahın iş yerləri” mözvusunda işini davam etdirdi. Oksford Universitetinin professoru Daniel Susskind mövzuya dair məruzəni təqdim etdi. Professor bildirdi ki, bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir. Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır.
MİLLİ MƏCLİSDƏ PARLAMENTLƏRARASI İTTİFAQIN GƏNC PARLAMENT ÜZVLƏRİNİN KONFRANSI KEÇİRİLİR
Dekabrın 14-də Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc parlament üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başladı.Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Oqtay Əsədov bu mötəbər toplantı münasibəti ilə iştirakçılara Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırdı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 7-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyin təsdiqindən sonra millət vəkillərini Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk iclasının 100 illiyi münasibətilə təbrik etdi. Cari müzakirələr zamanı deputatlardan Əli Hüseynli, Bəxtiyar Əliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Aqil Abbas, Sahib Alıyev, Musa Qasımlı, Siyavuş Novruzov, İsa Həbibbəyli, Cavid Qurbanov, Araz Əlizadə ölkə gündəmində olan vacib məsələlərdən söz açdılar.
2019-cu ilin BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN QANUNLAR QƏBUL OLUNDU
Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov qeyd etdi ki, ilk dəfədir büdcə zərfinə daxil olan sənədlər parlamentdə üç oxunuşdan keçir. Bu günədək həmin qanun layihələri komitələrdə və plenar iclaslarda iki oxunuşda geniş müzakirə olunub. Hökumətlə parlamentin sıx əməkdaşlığı müsbət nəticə verib. Layihələrə lazımi düzəlişlər edilib.
MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.Əvvəlcə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu müzakirəyə çıxarıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra məsələ ikinci səsvermədə təsdiq olundu.
MİLLİ MƏSLİSDƏ DÖVLƏT BÜDCƏSİ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Noyabrın 15-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclasa Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetaları haqqında məsələlərin müzakirəsi ilə başlanılmasını təklif etdi.
MİLLİ MƏCLİSDƏ GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏLƏRİ BAŞLANIB
Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılıb. Ölkənin Baş naziri Novruz Məmmədov və hökumətin üzvləri iclasda iştirak ediblər.
MİLLİ MƏCLİSDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR
Noyabrın 14-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlament 2019-cu ilin büdcə zərfinə daxil olan bir sıra sənədlərə münasibət bildirdi. Öncə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi.
YUBİLEY MEDALININ TƏQDİMAT MƏRASİMİNDƏ
Noyabrın 12-də Milli Məclisdə bir qrup millət vəkilinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmaları ilə bağlı təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu günün əlamətdar bir gün olduğunu bildirdi. 12 noyabrın - ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunduğunu vurğulayan Mətbuat xidmətinin rəhbəri tədbir iştirakçılarını bu münasibətlə təbrik etdi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra müzakirələrə başlanıldı. Əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə daxil edilən 7 məsələ - Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar məlumat verdi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 30-da parlamentin növbəti plenar iclası keçirildi. İclasa Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov sədrlik edirdi. Gündəlik təsdiqləndikdən sonra cari məsələlərə baxıldı. Deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər, bir sıra təkliflər irəli sürdülər.
MİLLİ MƏCLİSDƏ TÜRKPA-NIN KOMİSSİYA İCLASI KEÇİRİLDİ
Oktyabrın 31-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirildi.Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak edirlər.
MİLLİ MƏCLİSDƏ İNSAN ALVERİNƏ VƏ MİQRASİYA PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ KONFRANS
Oktyabrın 30-da Milli Məclisdə “İnsan alveri və miqrant qaçaqçılığına çoxtərəfli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik, operativ baza” mövzusunda konfrans keçirildi.Konfransı giriş sözü ilə açan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyətindən danışdı. Bildirildi ki, son illər parlamentdə həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradılmışdır.
MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.