Ankarada “Qarabağ Zəfəri: Həkim gözü ilə qardaşlıq dastanı” adlı təntənəli tədbir keçirilib
Azərbaycanın Türkiyədəki səfirliyinin Azərbaycanlı Həkimlər Dərnəyi bu ölkənin Sağlıq Bilimləri Universitetində “Qarabağ Zəfəri. Həkim gözü ilə qardaşlıq dastanı” adlı tədbir keçirib. Sağlıq Bilimləri Universiteti ilə birgə təşkil olunan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xarici ölkələrdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirlər davam edir
Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə İspaniyadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 7-dən İspaniya Krallığının paytaxtı Madrid şəhərində səfərdə olacaqlar.
Vito Petroçelli Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib
İtaliya Senatının Xarici əlaqələr və miqrasiya komissiyasının sədri Vito Petroçelli Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına məktub ünvanlayıb
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşır Feyziyevə məktub ünvanlayıb.
İsraildə Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcək
Milli Məclisin deputatı Anatoliy Rafailov noyabrın 7-də İsrailin Tel-Əviv şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirə qatılacaq.
Quba rayonunda şəhid Musa Məhəmmədovun xatirəsi anılıb
Quba rayonunda Zərdabi qəsəbəsindən 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - şəhid Musa Bəhrəm oğlu Məhəmmədovun anım günü keçirilib.
Bakı şəhərində şəhid Məmmədov Türkman Yolçu oğlunun anım mərasimi keçirilib
Bakı şəhərində 44 günlük Vətən müharibəsi zamanı Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızdan biri – Məmmədov Türkman Yolçu oğlunun il mərasimi keçirilib.
Estoniya deputatları Azərbaycanın Zəfər Günü münasibətilə bəyanat yayıblar
Estoniya Riigikoqundakı (parlamentindəki) Estoniya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədri Sven Sester Miili Məclisə ünvanladığı təbrik məktubunda 8 Noyabr–Zəfər Günü münasibəti ilə bəyanat qəbul etdiklərini bildirib.
İtaliya senatorları Zəfər Günü münasibətilə azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar
Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin birinci ildönümü münasibəti ilə İtaliya senatorları Stefano Luçidi və Canluka Ferrara Zəfər Günü münasibətilə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə təbrik məktubları ünvanlayıblar.
Milli Məclisdə məişət zorakılığına qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
Noyabrın 4-də Milli Məclisdə “Məişət zorakılığına qarşı mübarizə: beynəlxalq öhdəliklər və milli mexanizmlər (Türkiyə və Azərbaycan təcrübəsi)” mövzusunda dəyirmi masa keçirilib.
Milli Məclis sədrinin müavini Adil Əliyev Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlaxla görüşüb
Noyabrın 4-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdə UNİCEF-in nümayəndəsi ilə görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunub
Noyabrın 4-də Milli Məclisdə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev UNİCEF-in Azərbaycan Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə görüşüb.
Gənclərin milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında ağsaqqal sözü böyük rol oynayır
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar və qazilər Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş konfransda iştirak ediblər.
Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək
Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək.
Deputatlar Baltik Assambleyasının 40-cı sessiyasında iştirak edəcəklər
Noyabrın 5-də Litvanın Vilnüs şəhərində Baltik Assambleyasının 40-cı sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Azər Kərimli və Elnur Allahverdiyev iştirak edəcəklər.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Niderland Krallığında Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcək
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirirlər.
Estoniya parlamentinin nümayəndələri Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar
Ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 3-də Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə gəlib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanışlıq olub.
Litvada Azərbaycanın Zəfər Günü qeyd olunur
Milli Məclisin deputatları Azər Kərimli və Elnur Allahverdiyev noyabrın 3-də Litvanın Vilnüs şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirə qatılacaq.
Gürcüstanda Azərbaycanın Zəfər Günü qeyd olunacaq
Milli Məclisin deputatı Arzu Nağıyev noyabrın 3-dən 6-na kimi Gürcüstanda səfərdə olacaq.

