Ana səhifə  /  XƏBƏRLƏR
125

Milli Məclisin deputatları QDİƏT PM-in tədbirlərində iştirak edəcəklər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM-də) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri Jalə Əhmədova və Ramin Məmmədov bu qurumun komitə iclaslarında iştirak etmək üçün oktyabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

28 oktyabr 2023    11:41
296

Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib

Oktyabrın 27-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin İnsan hüquqları komitəsi ilə birgə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləməsi keçirilib.

27 oktyabr 2023    17:30
237

Milli Məclisin sədr müavini Adil Əliyev Naxçıvanda gənclərlə görüşüb

“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlərin davamı kimi “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda Naxçıvan şəhərində keçirilən tədbirdə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev gənclərlə görüşüb.

27 oktyabr 2023    16:40
132

Milli Məclisdə İraq nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 27-də Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərlik etdiyi İraq nümayəndə heyəti ilə görüşüb.

27 oktyabr 2023    15:30
128

İraq Respublikası Nümayəndələr Şurasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Oktyabrın 27-də ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

27 oktyabr 2023    15:20
160

Ankarada Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qrupları arasında görüş olub

Xəbər verdiyimiz kimi, spiker Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

27 oktyabr 2023    10:20
131

“Bir millət, iki dövlət” adlı Forum keçiriləcək

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova oktyabrın 26-da Naxçıvan şəhərində keçiriləcək “Bir millət, iki dövlət” adlı Forumda iştirak edəcəklər.

25 oktyabr 2023    17:42
286

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Oktyabrın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, bu gün 44 günlük Vətən müharibəsi zamanı Qubadlı şəhərinin erməni təcavüzkarlarından azad olunması günüdür.

25 oktyabr 2023    16:50
654

Milli Məclisin plenar iclasında

Oktyabrın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

24 oktyabr 2023    18:08
226

Milli Məclisin Mətbuat xidmətinin MƏLUMATI

Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılmışdır.

24 oktyabr 2023    16:38
323

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Oktyabrın 23-də Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclası açaraq bildirib ki, gündəliyə ikinci oxunuşda olan üç qanun layihəsi daxil edilib.

23 oktyabr 2023    16:47
169

Toponimiya Komissiyasının iclasında

Oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib. Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli bildirib ki, gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edilib.

23 oktyabr 2023    16:33

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.