Ana səhifə  /  XƏBƏRLƏR
332

QDİƏT PM-in komitə iclasında

Aprelin 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 58-ci iclası keçirilib.

06 aprel 2022    16:47
418

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 1-də bu ölkə Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb. Görüşdə Özbəkistanla Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ticarət-iqtisadi və investisiya münasibətlərinin inkişafı, həmçinin digər sahələrdə geniş əlaqələr yaradılması müzakirə olunub.

01 aprel 2022    19:12
633

Aqrar siyasət komitəsinin iclasında

Martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edib.

31 mart 2022    17:17
388

Milli Məclisdə görüş

Martın 30-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ilə görüşüb.

30 mart 2022    17:33
499

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biri kimi parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

29 mart 2022    21:48
835

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Martın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Tədbiri açan komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın müzakirəsinə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi çıxarılıb.

29 mart 2022    16:34

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.