Ana səhifə  /  XƏBƏRLƏR
300

Beynəlxalq tədbirlərdə

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev martın 8-dən 10-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində səfərdə olacaq.

05 mart 2022    15:58
313

Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzülüb.

03 mart 2022    16:38
608

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 5 məsələnin müzakirəyə çıxarıldığını bildirib.

02 mart 2022    16:44
625

İnsan hüquqları komitəsinin iclasında

Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2021-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib. Məsələ ilə bağlı çıxışında komitə sədri Azərbaycanda Ombudsman təsisatının keçdiyi yola diqqət çəkib.

01 mart 2022    16:24
291

Macarıstanda Xocalı faciəsinə həsr olunmuş onlayn konfrans keçirilib

Fevralın 25-də Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi və Kütləvi Zorakılığın Qarşısının Alınması üzrə Budapeşt Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn konfrans təşkil edilib.

25 fevral 2022    18:55

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.