Ana səhifə  /  XƏBƏRLƏR
142

DEPUTATLARIMIZ ABŞ-a SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə səfərə gedəcəklər.

19 mart 2019    02:03
141

AVROPA ŞURASININ TƏDBİRİNDƏ

Milli Məclisin deputatı Hikmət Məmmədov Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82-ci plenar iclasında iştirak etmək üçün martın 19-da Fransanın Strasburq şəhərinə səfər edəcək.

18 mart 2019    03:03
147

DEPUTATIMIZ ALMANİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Xanlar Fətiyev martın 17-də Almaniyanın paytaxtı Berlinə səfər edəcək. Millət vəkili “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda keçiriləcək simpoziumda iştirak edəcək.

15 mart 2019    04:03
145

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 14-də ölkəmizdə səfərdə olan Böyük Britaniyada yaşayan yəhudi icmasının üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisin bir qrup deputatı ilə görüşdü.

14 mart 2019    04:03
157

AŞPA-NIN KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

Martın 18-də Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Elşad Həsənov iştirak edəcək.

14 mart 2019    04:03
151

DEPUTATIMIZ MƏRAKEŞDƏ SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının (İƏTPİ) 14-cü sessiyası və bununlaəlaqədar tədbirlərdə iştirak etmək üçün martın 10-da Mərakəşin Rabat şəhərinə səfərə gedəcək.

09 mart 2019    12:03
139

DEPUTATLARIMIZ MDB PA-nın TƏDBİRLƏRİNƏ QATILACAQLAR

Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün martın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

09 mart 2019    12:03
160

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 4-də Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Paolo Qrimoldinin rəhbərlik etdiyi ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyəti ilə görüşdülər.

04 mart 2019    05:03
149

PAOLO QRİMOLDİ: “AZƏRBAYCAN İTALİYA ÜÇÜN ÖNƏMLİ TƏRƏFDAŞDIR”

Martın 4-də Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan ATƏT PA-da İtaliya nümayəndə heyətinin üzvləri ilə görüşdülər.Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu iki nümayəndə heyətinin ATƏT çərçivəsindəki əməkdaşlıq əlaqələrindən məmnunluqla söz açdı. Bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü söylədi.

04 mart 2019    05:03
147

DEPUTATIMIZ QDİƏTPM-nin TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Musa Quliyev qurumun İşçi Qrupunun görüşündə iştirak etmək üçün martın 5-də Türkiyənin İstanbul şəhərinə səfərə gedəcək.

04 mart 2019    04:03
141

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 23-də “Xocalı” soyqırımının anım tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın “Srebrenitsa anaları” Cəmiyyətinin nümayəndə heyəti Milli Məclisdə deputatlarla görüşdü.

01 mart 2019    10:03
134

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün martın 2-də İspaniyanın Qrenada şəhərinə səfərə gedecək.

01 mart 2019    04:03
138

DEPUTATIMIZ TÜRKPA-nın KOMİSSİYASININ İCLASINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Hikmət Məmmədov Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının 7-ci iclasında və TÜRKPA üzv ölkələrin milli qanunvericiliyinin uyğunlaşdırılmasına dair 3-cü seminarda iştirak etmək üçün fevralın 28-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfərə gedecək.

27 fevral 2019    05:02
139

AŞPA-nın KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun komitə iclaslarında iştirak etmək üçün fevralın 27-də Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşəcək.

26 fevral 2019    11:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.