Ana səhifə  /  XƏBƏRLƏR
120

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 30-da ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Nikolas Löbel Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonağa ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verdi.

30 may 2018    07:05
129

NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

24 may 2018    05:05
137

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın Siyasi İşlər və Demokratiya Komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 23-dək Yunanıstanda səfərdə olacaq.

21 may 2018    11:05
128

AŞPA-nın KOMİTƏSİNDƏ

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 27-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

21 may 2018    07:05
136

BEYNƏLXALQ ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

Mayın 21-də Milli Məclisdə vitse-spiker Bahar Muradova Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin (XİP MK) Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

21 may 2018    07:05
135

DEPUTATLARIMIZ SLOVAKİYADA

Milli Məclisin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev, deputatlar Sədaqət Vəliyeva, Azər Badamov Slovakiyanın paytaxtı Bratislavada səfərdədirlər.

21 may 2018    06:05
134

MDB PA-nın DAİMİ KOMİSSİYASINDA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.

16 may 2018    03:05
8474

AZƏRBAYCAN TOLERANT ÖLKƏDİR

Mayın 11-də Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Rumıniyanın Dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

11 may 2018    07:05
127

İƏT PARLAMENT İTTİFAQININ KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Fələstin üzrə daimi komitəsinin növbədənkənar iclasında iştirak etmək üçün mayın 13-də İran İslam Respublikasının paytaxtı Tehrana səfər edəcək.

11 may 2018    06:05
169

HEYDƏR ƏLİYEVİN 95 İLLİK YUBİLEYİ XARİCİ ÖLKƏLƏRDƏ QEYD OLUNACAQ

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Ankara, Astana və Almatı şəhərlərində bir sıra tədbirlər keçiriləcək. Milli Məclisin deputatları Adil Əliyev və Nizami Cəfərov tədbirlərdə iştirak etmək üçün mayın 14-dən 15-dək Türkiyədə olacaq, mayın 16-da isə Qazaxıstana səfər edəcəklər.

11 may 2018    06:05
137

DEPUTATLAR GÜRCÜSTANA SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov mayın 13-dən 16-dək Tbilisidə səfərdə olacaqlar.

11 may 2018    04:05
135

FRANSA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Mayın 2-də “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Parlamentinin sabiq üzvü, Azərbaycanın dostları Assosiasiyasının Prezidenti Jan Fransua Manselin rəhbərliyi ilə Fransa nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşdülər.

02 may 2018    06:05
135

ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai aprelin 27-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri ilə görüşdü.

27 aprel 2018    06:04
131

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 21-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

20 aprel 2018    05:04
129

AVRONEST PA-nın BÜRO İCLASINDA

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avronest Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 17-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

16 aprel 2018    06:04
140

İSTANBULDA ƏTRAF MÜHİTƏ DAİR SEMİNAR KEÇİRİLƏCƏK

Aprelin 16-dan 18-dək Türkiyədə TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyası çərçivəsində “Tullantıların idarə olunması və genetik modifikasiya olunmuş orqanizmlərə dair qanunvericilik və onların icra olunması” mövzusunda seminar keçiriləcək.

16 aprel 2018    02:04
146

Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

13 aprel 2018    05:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.